"Neftçi"nin basketbolçusu: "Şuşada oynamaq bizə əlavə motivasiya verdi"

"Neftçi"nin basketbolçusu: "Şuşada oynamaq bizə əlavə motivasiya verdi"

"Şuşada oynamaq bizə əlavə motivasiya verdi. Bizim üçün böyük məsuliyyət idi".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin 3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsində qalib olan "Neftçi"nin oyunçusu Dina Ulyanova jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, qələbə qazanmaq hər zaman əladır: "Buna görə çox xoşbəxtəm. Meydançaya çıxanda əmin idim ki, qalib gələcəyik. Belə də olmalı idi. Çünki evdə oynayırdıq".

Ulyanova ən çətin görüşün qrupda Almaniyaya qarşı keçirdikləri oyun olduğunu söyləyib: "Amma ümumilikdə, bu mərhələdə oynamaq daha asan oldu. Çünki ikinci turnirimiz idi və komanda daha yaxşı hazırlaşmışdı. Dünya qadın seriyasının mümkün olan bütün mərhələlərində iştirak edəcəyik. Planlar böyükdür. Qarşıda iki günlük istirahət var. Bundan sonra Avropa çempionatının seçmə mərhələsinin oyunları üçün Kiprə yollanacağıq. Heyətdə mən, Tatyana Deniskina, Mersedes Mari Uolker və Aleksandra Molenhauer yer alacağıq".

"Neftçi"nin baş məşqçisi Ratomir Deliç qələbəyə görə xoşbəxt olduqlarını gizlətməyib: "İdmanda nəticəni əvvəldən bilmək olmur. Amma biz istənilən oyuna yalnız qalib gəlmək üçün hazırlaşırıq. Astara mərhələsində yaxşı çıxış edə bilmədik. Çünki hazırlıq üçün vaxtımız az oldu. Mövsüm yenicə başa çatmışdı və aparıcı oyunçularımız yorğun idilər. İki mərhələ arasında fərq oldu. Düşünürəm ki, bu dəfə daha yaxşı oynadıq".

Niderlandl yığması ilə final matçının (20:12) ən yaxşı oyunçusu seçilən Arika Derris Karter isə həyəcanlı olduğunu vurğulayıb: "Yaxşı hazırlaşmışdıq. Təbii ki, əsas hədəfimiz qalib gəlmək idi. Yaxşı komandalara qarşı oynadıq. Qələbə qazandığımız üçün xoşbəxtəm. Oyunun ən yaxşısı (MVP) seçildiyim üçün həm təəccübləndim, həm də həyəcanlandım. Amma turnir ərzində bütün komanda yoldaşlarım əla çıxış etdilər. MVP seçilməyimdə onların böyük rolu oldu".

"Ağ-qaralar"ın digər basketbolçusu Aleksandr Molenhauer komandası ilə qürur duyduğunu bildirib: "Birlikdə qalib gəldik. Bunda hər bir oyunçumuzun əziyyəti var. Düşünürəm ki, ən yaxşı oyumuzu finalda keçirdik. Məqsədimiz çempion olmaq idi. Amma hər oyuna ayrıca və ciddi hazırlaşdıq. Heç bir qələbə asan başa gəlmədi. Güclü rəqiblərə qarşı mübarizə apardıq. Buraya qələbə dalınca gəlmişdik. İstəyimizə nail olduq. Amma daha çox işləməliyik. Qarşıda bizi yeni yarışlar gözləyir".

Brianna Freyzerin qələbə təəssüratları isə belə olub: "Azərbaycanı təmsil etdiyim, burada qalib gəldiyim üçün xüsusi hisslər keçirirəm. Emosiyalar əladır. Hədəf qələbə idi. Həmçinin, komanda kimi necə olduğumuzu görmək istəyirdik. Burada olduğum üçün özümü şanslı sayıram. Mənim üçün yaxşı təcrübə oldu".

Komanda
Azərbaycan Basketbol Liqasında VII tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında VII tura yekun vurulub

Komanda
Azərbaycan Basketbol Liqasında X tura start verilib

Azərbaycan Basketbol Liqasında X tura start verilib

Komanda
Həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar keçirilib

Həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar keçirilib

Komanda
Ukrayna voleybol millisi dünya çempionatında sensasiyaya imza atıb

Ukrayna voleybol millisi dünya çempionatında sensasiyaya imza atıb

Komanda
Azərbaycan Basketbol Liqasında 7-ci turun daha iki oyunu keçirilib

Azərbaycan Basketbol Liqasında 7-ci turun daha iki oyunu keçirilib

Komanda
Azərbaycan Basketbol Liqasında iştirak edəcək klublar bəlli olub

Azərbaycan Basketbol Liqasında iştirak edəcək klublar bəlli olub

Komanda
Çağırış Kuboku: Azərbaycan təmsilçisi bu gün cavab oyununa çıxacaq

Çağırış Kuboku: Azərbaycan təmsilçisi bu gün cavab oyununa çıxacaq

Komanda
"ABU Arena" yaxın günlərdə yeni adla fəaliyyətə başlayacaq

"ABU Arena" yaxın günlərdə yeni adla fəaliyyətə başlayacaq

Komanda
Basketbol üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək

Basketbol üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək

Komanda
Azərbaycan çempionatında iki turun oyunları keçirilib

Azərbaycan çempionatında iki turun oyunları keçirilib

Komanda
Azərbaycanın millisinin  basketbolçusu İspaniya klubunda baxışdadır

Azərbaycanın millisinin basketbolçusu İspaniya klubunda baxışdadır

Komanda
Azərbaycanın qadın həndbol yığması seçmə mərhələdə ilk oyununu keçirib

Azərbaycanın qadın həndbol yığması seçmə mərhələdə ilk oyununu keçirib