Taekvondo üzrə Azərbaycan yığmasında baş məşqçi dəyişikliyi olub

Taekvondo üzrə Azərbaycan yığmasında baş məşqçi dəyişikliyi olub

Kişi taekvondoçulardan ibarət Azərbaycan milli komandasında baş məşqçi dəyişikliyi olub.

Federasiyadan "Report"a verilən məlumata görə, yığma Polşanın Krakov şəhərində keçiriləcək III Avropa Oyunlarına yeni məşqçilər heyətinin rəhbərliyi altında yollanacaq. Komanda müvəqqəti olaraq, gənclərdən və yeniyetmələrdən ibarət millilərin çalışdırıcılarına həvalə edilib.

"Krakov-2023"də baş məşqçi Reza Mehmandost və böyük məşqçi Elnur Amanovu müvafiq olaraq, Məmməd Abdullayevlə Rəşad Məmmədov əvəzləyəcəklər. Onların qarşısına maksimum yüksək nəticə qazanmaq hədəfi qoyulub.

Qadınlardan ibarət yığma isə Oyunlarda dayanq üzərinə baş məşqçi Sun Mi Park və böyük məşqçi Hyeyounq Çoinin rəhbərliyi altında çıxacaq.

Azərbaycan III Avropa Oyunlarında 8 taekvondoçu ilə təmsil olunacaq. Yarışda Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Taleh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) qüvvəsini sınayacaq.

Komandaya ümumi rəhbərliyi Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev edəcək. Polşada ölkəni hakim kimi isə beynəlxalq dərəcəli referi Aygül Abdullayeva təmsil edəcək.

Qeyd edək ki, Avropa Oyunlarında taekvondo yarışları 23-26 iyunda keçiriləcək.

Fərdi
Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi bürünc medal görüşünə qatılacaq

Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi bürünc medal görüşünə qatılacaq

Fərdi
Şəki olimpiya idman kompleksində bir sıra təmir-bərpa işləri həyata keçirilib

Şəki olimpiya idman kompleksində bir sıra təmir-bərpa işləri həyata keçirilib

Fərdi
Beynəlxalq "Təhsil" turnirində sərbəst güləşçilərin yarışına yekun vurulub

Beynəlxalq "Təhsil" turnirində sərbəst güləşçilərin yarışına yekun vurulub

Fərdi
Avropa çempionatı: Azərbaycan millisi medal sıralamasında birinci olub

Avropa çempionatı: Azərbaycan millisi medal sıralamasında birinci olub

Fərdi
Şuşada ilk beynəlxalq şahmat turnirinin açılış mərasimi olub

Şuşada ilk beynəlxalq şahmat turnirinin açılış mərasimi olub

Fərdi
"Shusha Chess 2022"nin iştirakçıları Cıdır düzündə olublar

"Shusha Chess 2022"nin iştirakçıları Cıdır düzündə olublar

Fərdi
Yarış zamanı ayağı sınan Azərbaycan xizəkçisi əməliyyat olunub

Yarış zamanı ayağı sınan Azərbaycan xizəkçisi əməliyyat olunub

Fərdi
Karlsen turnirdən imtina edib, Məmmədyarova texniki qələbə verilib

Karlsen turnirdən imtina edib, Məmmədyarova texniki qələbə verilib

Fərdi
Kanoe və avarçəkmə üzrə Serbiyadakı dünya çempionatı baş tutmaya bilər

Kanoe və avarçəkmə üzrə Serbiyadakı dünya çempionatı baş tutmaya bilər

Fərdi
Avropa çempionatı: Azərbaycan şahmatçıları liderlər qrupunda yer alıb

Avropa çempionatı: Azərbaycan şahmatçıları liderlər qrupunda yer alıb

Fərdi
İrina Zaretskaya: "Bakıda döyüşəndə özümü köpək balığı kimi hiss edirəm"

İrina Zaretskaya: "Bakıda döyüşəndə özümü köpək balığı kimi hiss edirəm"

Fərdi
"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirin daha iki iştirakçısı bəlli olub

"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirin daha iki iştirakçısı bəlli olub