Portuqaliyalı vinger “Qəbələ”də
“Qəbələ” yeni futbolçu ilə anlaşıb.
Apasport.az xəbər verir ki, komanda Bruno Silvanı heyətinə cəlb edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı vingerlə 1+1 il müddətinə müqavilə bağlanıb. 28 yaşlı futbolçu son olaraq vətənində “Oliveyrense” klubunda çıxış edib.
O, daha əvvəl “Vilaverdense” (Portuqaliya) və “Jenis” (Qazaxıstan) kimi klubların da şərəfini qoruyub.

https://qelebe.az//uploads/photo/portuqaliyali-vinger-qebelede.webp