"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirin daha iki iştirakçısı bəlli olub

"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirin daha iki iştirakçısı bəlli olub

"Vüqar Həşimov Memorialı-2022" VIII beynəlxalq şahmat turnirinin daha iki iştirakçısı açıqlanıb.

"Report"un məlumatına görə, 17 - 24 dekabrda keçiriləcək yarışda hindistanlı Qukeş Dommaracu və yerli şahmatçı Aydın Süleymanlı da mübarizə aparacaqlar.

2012-ci ildə məktəblilər arasında Asiya, 2018-ci ildə isə 12 yaşadək şahmatçılar arasında dünya çempionu olan ​Dommaracu 12 yaşında qrosmeyster tituluna yiyələnib. Hindistan təmsilçisi tarixdə ikinci ən gənc qrosmeyster adına sahib olan şahmatçıdır. O, 2022-ci ildə Hindistanın Çennai şəhərində keçirilən 44-cü Ümumdünya Şahmat Olimpiadasında birinci lövhədə qızıl medal qazanıb. ​

Yeniyetmələr arasında dünya və ikiqat Avropa çempionu, “Aeroflot Open 2020” turnirinin qalibi olan Aydın Süleymanlı 2021-ci ildə “Vüqar Həşimov” klubunun heyətində klublararası Avropa Kubokunda bürünc medala sahib çıxıb. Qrosmeyster 2019-cu ildə milli komandanın heyətində Türkiyənın Çorum şəhərində 16 yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadasının qalibi olub

Daha əvvəl turnirə Şəhriyar Məmmədyarov və Rumıniya təmsilçisi Riçard Rapportun qatılacağı dəqiqləşib. On şahmatçının iştirakı ilə keçiriləcək yarış rapid və blits üzrə təşkil olunacaq.

Turnir Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə “Fairmont Baku” hotelində baş tutacaq. Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib.

Fərdi
Azərbaycanda ilk dəfə: Göygöldə Avropa Kuboku keçiriləcək

Azərbaycanda ilk dəfə: Göygöldə Avropa Kuboku keçiriləcək

Fərdi
“Vüqar Həşimov Memorial-2022”: Nodirbek Abdusattorovun qələbə posteri məşhur “Times” meydanında sərgilənib

“Vüqar Həşimov Memorial-2022”: Nodirbek Abdusattorovun qələbə posteri məşhur “Times” meydanında sərgilənib

Fərdi
Rusiyalı MMA döyüşçüsü 33 yaşında ölüb

Rusiyalı MMA döyüşçüsü 33 yaşında ölüb

Fərdi
Türkiyəli federasiya prezidenti: "Öz evimə gəlmişəm, Şuşada olmaqdan məmnunam"

Türkiyəli federasiya prezidenti: "Öz evimə gəlmişəm, Şuşada olmaqdan məmnunam"

Fərdi
Şuşada ilk beynəlxalq şahmat turnirinin açılış mərasimi olub

Şuşada ilk beynəlxalq şahmat turnirinin açılış mərasimi olub

Fərdi
"Aimchess Rapid": Məmmədyarov bu gün yarımfinal görüşünə çıxacaq

"Aimchess Rapid": Məmmədyarov bu gün yarımfinal görüşünə çıxacaq

Fərdi
Çingiz Hüseynzadə: "Pandemiyadan tam çıxmasaq da, 2022-ci il uğurlu alınıb"

Çingiz Hüseynzadə: "Pandemiyadan tam çıxmasaq da, 2022-ci il uğurlu alınıb"

Fərdi
İJF Rusiya və Belarus cüdoçuları ilə bağlı qərarını açıqlayıb

İJF Rusiya və Belarus cüdoçuları ilə bağlı qərarını açıqlayıb

Fərdi
Azad edilmiş ərazilərdə Olimpiya İdman Kompleksləri və universal idman zalları tikiləcək

Azad edilmiş ərazilərdə Olimpiya İdman Kompleksləri və universal idman zalları tikiləcək

Fərdi
Dünya Kuboku: Azərbaycan yığması gümüş medal qazanıb

Dünya Kuboku: Azərbaycan yığması gümüş medal qazanıb

Fərdi
Azərbaycanda daha 3 idman federasiyası ləğv olunub

Azərbaycanda daha 3 idman federasiyası ləğv olunub

Fərdi
Elnur Məmmədli: "Bu ada layiq görülmək mənim üçün qürur və məsuliyyətdir"

Elnur Məmmədli: "Bu ada layiq görülmək mənim üçün qürur və məsuliyyətdir"