PFL və "Zirə" klubunun rəhbərliyi arasında görüş olub

PFL və "Zirə" klubunun rəhbərliyi arasında görüş olub

Peşəkar Futbol Liqasının (PFL) idarə heyəti klublarla görüşləri davam etdirir.

"QELEBE.AZ" xəbər verir ki, PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, texniki idman direktoru Elgiz Abbasov, media və marketinq direktoru Sənan Abdullayev bu dəfə Zirə qəsəbəsinə səfər edib.

Zirə İdman Kompleksinin inzibati binasında klubun prezidenti Taleh Nəsibov və icraçı direktoru Cahangir Məmmədovun iştirakı ilə görüş keçirilib. E.Səmədov görüşə görə "Zirə" rəsmilərinə təşəkkür edib. PFL prezidenti bildirib ki, tanışlıqla yanaşı, əsas məqsəd klubları narahat edən suallara aydınlıq gətirmək, bu barədə qeydlər apararaq araşdırmaq və qısa müddətdə həllinə çalışmaqdır.

T.Nəsibov isə öz növbəsində PFL prezidenti seçilməsi münasibətilə Elxan Səmədovu bir daha təbrik edərək, ona heyəti ilə birlikdə uğurlar arzulayıb. O, rəhbərlik etdiyi klubun məqsədinin yarandığı gündən etibarən imkanları çərçivəsində Azərbaycan futboluna maksimum töhfə vermək olduğunu bildirərək, sevindirici məqamın hər zaman təşkilatçı qurumla qarşılıqlı sayğı çərçivəsində çalışmaları olduğunu vurğulayıb.

Futbol
"Kəpəz" yeni transferini açıqlayıb

"Kəpəz" yeni transferini açıqlayıb

Futbol
Premyer Liqa: "Neftçi" "Turan Tovuz"a qalib gəlib

Premyer Liqa: "Neftçi" "Turan Tovuz"a qalib gəlib

Futbol
Portuqaliya yığmasında baş məşqçi vəzifəsinə əsas namizəd müəyyənləşib

Portuqaliya yığmasında baş məşqçi vəzifəsinə əsas namizəd müəyyənləşib

Futbol
Portuqaliya yığmasına yeni baş məşqçi təyin olunub

Portuqaliya yığmasına yeni baş məşqçi təyin olunub

Futbol
Azərbaycan millisi Moldova ilə oyunda fasiləyə üstün yollanıb

Azərbaycan millisi Moldova ilə oyunda fasiləyə üstün yollanıb

Futbol
Minifutbol üzrə Azərbaycan millisi 2023-cü ilin noyabrında mundiala qatılacaq

Minifutbol üzrə Azərbaycan millisi 2023-cü ilin noyabrında mundiala qatılacaq

Futbol
DÇ-2022: Uelsdən əzmkar heç-heçə  - YENİLƏNİB

DÇ-2022: Uelsdən əzmkar heç-heçə - YENİLƏNİB

Futbol
"Mançester Yunayted"in 12 futbolçusu zəhərlənib

"Mançester Yunayted"in 12 futbolçusu zəhərlənib

Futbol
AFFA İK "Zirə"nin futbolçusunun cəzasını azaldıb

AFFA İK "Zirə"nin futbolçusunun cəzasını azaldıb

Futbol
İsveçrəli futbolçu tətildə olarkən dünyasını dəyişib

İsveçrəli futbolçu tətildə olarkən dünyasını dəyişib

Futbol
"Neftçi" ilə oyun "Sabah" üçün iki yubileylə əlamətdar olub

"Neftçi" ilə oyun "Sabah" üçün iki yubileylə əlamətdar olub

Futbol
DÇ-2022: Almaniya millisi üçün pul mükafatı açıqlanıb

DÇ-2022: Almaniya millisi üçün pul mükafatı açıqlanıb