Qara Qarayev: “Bu titulu əlimizdən almaq istəyən komandalar çox olub”

Qara Qarayev: “Bu titulu əlimizdən almaq istəyən komandalar çox olub”

“Bu titulu əlimizdən almaq istəyən komandalar çox olub. Ancaq bunu heç kimə verməmişik”.

“QELEBE.AZ” xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Qara Qarayev Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümünün mükafatlandırma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

Ağdam təmsilçisi ilə növbəti çempionluğu qazanan yarımmüdafiəçi sevincini bölüşüb: “Hansı təəssüratlar yaşadığımı növbəti illərdə, karyeramı bitirəndən sonra dəqiqləşdirəcəyəm. Bu komandanın, əldə edilən uğurların tərkib hissəsi olmaq məni sevindirir. Hətta bundan sonrakı dönəmi də nəzərə alaraq deməliyəm ki, həyatımın ən önəmli titullarını “Qarabağ”da qazanmışam. Burada keçirdiyim fantastik illər var. Xüsusən də, ardıcıl çempionluqlarda, gerbimizə iki ulduz əlavə etməkdə əməyimin olması məni sevindirir. “Qarabağ” camiəsinə təşəkkür edirəm. Bu illər ərzində yumruq kimi bir olmuşuq”.

31 yaşlı orta sahə oyunçusu bu mövsüm qızıl medalları daha çətin qazandıqlarını söyləyib: “Bu mövsüm çempion olmaq üçün daha çox güc sərf etdik. Ardıcıl 8 dəfə çempion olan komandanı hər kəs dayandırmaq istəyirdi. Gələn il bu mübarizə onqat çempiona qarşı olacaq. Rəqiblərin bizə qarşı göstərdiyi istək, aqressivlik normaldır. Ümid edirəm ki, növbəti mövsüm də çempion olacağıq. İldən-ilə mübarizə çətinləşir, daha çox sürət tələb edir. Əvvəllər bəzi rəqibləri rahat məğlub edə bilirdiksə, indi bu, mümkün olmur. Çünki hər kəs futbol oynamağı bacarır, çempiondan xal almaq istəyir.

Qara Qarayev yay fasiləsində heyətdə ediləcək mümkün dəyişikliklərə də münasibət bildirib: “Heyətdə nə kimi dəyişikliklərin olacağını baş məşqçimiz Qurban Qurbanov daha yaxşı bilir. İllərdir bu uşaqlarla çiyin-çiyinə döyüşürəm. Son 10 ildə klubdakı uşaqları ailəmdən, dostlarımdan daha çox görürəm. Bütün çətin və yaxşı günlərimiz bir yerdə olub. Futbolçularla ayrılmaq heç də asan deyil. Ancaq təəssüf ki, futbol karyerası belədir. Bəzən istəməsən də, ayrılıqlar baş verir. Ümid edirəm ki, bütün kollektiv yenə bir yerdə qalar”.

O, bu mövsüm heyətdəki yerini Julio Romaoya verməsinin problem olmadığını vurğulayıb: “Beynimdə neqativ heç nə yoxdur. Müqaviləmdə heç kim mənə əsas heyət zəmanəti verməyib. “Qarabağ”da artıq 500-dən çox oyun keçirmişəm. Bu komandanın ən böyük uğurlarında yer almışam. Əgər mövqeyimdə başqa oyunçu çıxış edirsə, deməli, buna layiqdir. Mən də Romaonu həmişə dəstəkləyirəm. Təbii ki, öz yerim üçün də daim mübarizə aparıram. Yaşımdan asılı olmayaraq, əsas heyətdə oynamaq istəyirəm”.

Futbol
"Qarabağ" millinin qapıçısı ilə müqaviləni yeniləyib

"Qarabağ" millinin qapıçısı ilə müqaviləni yeniləyib

Futbol
FİFA əsas vaxta əlavə edilmiş dəqiqələrin çox olmasına aydınlıq gətirib

FİFA əsas vaxta əlavə edilmiş dəqiqələrin çox olmasına aydınlıq gətirib

Futbol
Azərbaycan Premyer Liqasında son beş mövsümün azarkeş rekordu qeydə alınıb

Azərbaycan Premyer Liqasında son beş mövsümün azarkeş rekordu qeydə alınıb

Futbol
"Qəbələ" "Kəpəz"lə heç-heçə edib

"Qəbələ" "Kəpəz"lə heç-heçə edib

Futbol
İlin ən yaxşı milli komanda baş məşqçisi adına namizədlər bəlli olub

İlin ən yaxşı milli komanda baş məşqçisi adına namizədlər bəlli olub

Futbol
PFL və "Zirə" klubunun rəhbərliyi arasında görüş olub

PFL və "Zirə" klubunun rəhbərliyi arasında görüş olub

Futbol
Veteran hücumçu: "Azərbaycan millisi ilə oyunda qələbə şansımız azdır"

Veteran hücumçu: "Azərbaycan millisi ilə oyunda qələbə şansımız azdır"

Futbol
“Real” sabiq müdafiəçisini geri qaytarır

“Real” sabiq müdafiəçisini geri qaytarır

Futbol
"Neftçi"də oynamış məşhur futbolçu karyerasını Kambocada davam etdirə bilər

"Neftçi"də oynamış məşhur futbolçu karyerasını Kambocada davam etdirə bilər

Futbol
FİFA Mahir Emrelini futboldan uzaqlaşdırıb

FİFA Mahir Emrelini futboldan uzaqlaşdırıb

Futbol
PSJ Messinin əvəzləyicisini tapıb

PSJ Messinin əvəzləyicisini tapıb

Futbol
Türkiyədə 10 klubun 3 xalı silinib

Türkiyədə 10 klubun 3 xalı silinib