I Divizionun çempionu "Araz-Naxçıvan"a kubok və medallar təqdim edilib - YENİLƏNİB

I Divizionun çempionu "Araz-Naxçıvan"a kubok və medallar təqdim edilib - YENİLƏNİB

Azərbaycan I Divizionunda "Araz-Naxçıvan” Naxçıvan şəhərinin mərkəzi stadionunda “Zaqatala” komandası ilə qarşılaşıb.

"QELEBE.AZ"un yerli bürosu xəbər verir ki, çempionatın sonuna üç tur qalmış çempionluğunu təmin edən Naxçıvan təmsilçisi "Zaqatala" ilə oyunda ilk hissəni 0:0 hesabı ilə başa vurub.

Oyunun ikinci hissəsində hücumların kəsərini artıran "qırmızı-ağlar" hesabı 2:0 öz xeyirlərinə dəyişiblər. Oyun bu hesabla yekunlaşıb. Qolların müəllifi çempionatın ən sərrast futbolçusu Orxan Əliyev olub. Bununla da "Araz-Naxçıvan" I Divizionda çempionluğunu tam rəsmiləşdirib.

Matçı stadionda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, AFFA-nın prezidenti Rövnəq Abdullayev və muxtar respublika sakinləri izləyiblər.

Sonda "Araz-Naxçıvan"a doğma meydanda kubok və medallar təqdim edilib.

Ardından stadionda Azərbaycan Respublikasının Əməkdar artisti Ədalət Şükürovun ifasında konsert proqramı təşkil olunub.

17:27

Azərbaycan I Divizionunun qalibi "Araz-Naxçıvan” mövsümün sonuncu - XXX turunda “Zaqatala” komandasını qəbul edir.

"QELEBE.AZ"un yerli bürosu xəbər verir ki, hazırda ikinci hissəsi gedən qarşılaşmada hesab açılmayıb.

Matçı izləyənlər arasında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və AFFA-nın prezidenti Rövnəq Abdullayev də var.

Görüşdən sonra "Araz-Naxçıvan"a doğma meydanında kubok və medallar təqdim ediləcək.

Ardından stadionda Azərbaycan Respublikasının Əməkdar artisti Ədalət Şükürovun ifasında konsert proqramı təşkil olunacaq.

Futbol
"Olimpiakos"un baş məşqçisi: "Gərgin vəziyyətdə mübarizə aparmaq asan deyil"

"Olimpiakos"un baş məşqçisi: "Gərgin vəziyyətdə mübarizə aparmaq asan deyil"

Futbol
AFFA “Kəpəz”in 3, “Zirə”nin 2 futbolçusunu cəzalandırıb

AFFA “Kəpəz”in 3, “Zirə”nin 2 futbolçusunu cəzalandırıb

Futbol
AFFA-nın vitse-prezidenti: "İddiamız böyük olmalıdır ki, biz də böyüyək"

AFFA-nın vitse-prezidenti: "İddiamız böyük olmalıdır ki, biz də böyüyək"

Futbol
Luiş Fiqu dünya rekordu vurub, Ginnesin rekordlar kitabına düşəcək - VİDEO

Luiş Fiqu dünya rekordu vurub, Ginnesin rekordlar kitabına düşəcək - VİDEO

Futbol
Azərbaycanda işləmiş mütəxəssis Türkiyə klubunun baş məşqçisi təyin olunub

Azərbaycanda işləmiş mütəxəssis Türkiyə klubunun baş məşqçisi təyin olunub

Futbol
“Neft Daşları”nda “Neftçi” Futbol Klubu ilə neftçilər arasında yoldaşlıq görüşü keçirilib

“Neft Daşları”nda “Neftçi” Futbol Klubu ilə neftçilər arasında yoldaşlıq görüşü keçirilib

Futbol
Fransa milli komandası Didye Deşamla müqavilə müddətini uzadıb

Fransa milli komandası Didye Deşamla müqavilə müddətini uzadıb

Futbol
Azərbaycan Premyer Liqası: İlin ilk turunun proqramı bəlli olub

Azərbaycan Premyer Liqası: İlin ilk turunun proqramı bəlli olub

Futbol
İngiltərə yığmasının futbolçusu tarixə düşüb

İngiltərə yığmasının futbolçusu tarixə düşüb

Futbol
Çempionlar Liqası: “Araz-Naxçıvan” son görüşünə çıxacaq

Çempionlar Liqası: “Araz-Naxçıvan” son görüşünə çıxacaq

Futbol
İtaliya A seriyasında yarımavtomatik ofsayd sistemindən istifadə olunacaq

İtaliya A seriyasında yarımavtomatik ofsayd sistemindən istifadə olunacaq

Futbol
Emin Mahmudov: "Qarabağ"a qarşı matçlar həmişə maraqlı olur"

Emin Mahmudov: "Qarabağ"a qarşı matçlar həmişə maraqlı olur"