Reza Mehmandost: “Dünya çempionatında 8 qızıl medal qazanmaq çətin olar” - MÜSAHİBƏ

Reza Mehmandost: “Dünya çempionatında 8 qızıl medal qazanmaq çətin olar” - MÜSAHİBƏ

Mayın 29-dan iyunun 6-dək Bakıda taekvondo üzrə dünya çempionatı keçiriləcək.

145 ölkədən 933 idmançının mübarizə aparacağı yarışda Azərbaycan millisinin 8 kişi, 5 qadın taekvondoçusu qüvvəsini sınayacaq.

Yığma mundiala son hazırlıqlarını baş məşqçi Reza Mehmandostun rəhbərliyi altında Azərbaycan Taekvondo Federasiyasının məşq zalında davam etdirir.

“Report”un suallarını cavablandıran Mehmandost həm dünya çempionatına hazırlıqla bağlı danışıb, həm də yetirmələrinin mundialdakı şanslarını dəyərləndirib.

- Dünya çempionatının startına bir həftədən az vaxt qalıb. Son hazırlıqlar necə gedir?
- Bu yarışın hazırlıqlarına altı aya yaxındır başlamışıq. Bu müddətdə yaxşı təlim-məşq toplanışları keçirdik, müxtəlif turnirlərdə çıxış etdik. Həmin turnirlərdə uğurlu yarışdıq, qızıl medallar qazandıq. Sizin də dediyiniz kimi, artıq bir həftədən az vaxt qalıb. Dünya çempionatında 150-yə yaxın ölkənin idmançıları iştirak edəcəklər. Əlbəttə ki, çox çətin olacaq. Üstəlik, gənc komandamız var. Olimpiya çempionumuz Radik İsayev və bürünc mükafatçı Milad Beiqi Harçeqani də karyeralarını başa vurdular. Gənc taekvondoçularla ən yaxşı nəticələri göstərməyə çalışacağıq.

- Gənc kollektivdən mundialda nə gözləyirsiniz?
- Taekvondoçularımızın hamısına güvənirik. Amma etiraf edək ki, 8 qızıl medal qazanmaq çətin olar. Doğma azarkeşlərimizin önündə mübarizə aparacağıq. İnsanlardan zala gəlməyi, komandanı dəstəkləməyi xahiş edirəm. Onların da dəstəyi ilə yüksək nəticələr əldə edəcəyimizə inanıram.

- Təxminən neçə medala ümid edirsiniz?
- 8 oğlan və 5 qız taekvondoçumuz çıxış edəcək. Ümumilikdə isə 1000-ə yaxın idmançı yarışacaq. Konkret say deməyim düzgün çıxmaz. Mümkün qədər çox qızıl medal arzulayırıq.

- Konkretləşdirsək, hansı idmançılardan “qızıl” gözləyirsiniz?
- Cavad Ağayev, Qaşım Maqomedov və Səyyad Dadaşova ümidlər böyükdür. Onlar bundan əvvəl də dünya çempionatında çıxış ediblər. Ancaq digərləri gəncdir, təcrübələri azdır. Bu amil məni bir az narahat edir. Cavad Ağayev son dünya çempionatında bürünc medal qazandı. Hakim haqsızlıq etməsəydi, Cavad qızıl medal da qazana bilərdi.

- Radik İsayev və Milad Beiqi Harçeqaninin yoxluğu hiss olunacaq?
- Təbii ki, onların yoxluğunun təsiri var. Ancaq artıq yaş da öz sözünü deyirdi. Üstəlik, zədələr səbəbindən ağrıları var idi. Radiklə Milad illərdir çox yarışlarda iştirak etdilər, həm yorğunluq, həm sağlamlıqla bağlı problem yaşadılar. Fiziki cəhətdən bu qrafikə çatdırmaq asan deyil. Artıq gənclərə şans verməyin vaxtıdır. Onlar yavaş-yavaş təcrübə toplayaraq, daha yaxşı olacaqlar.

- İsayevlə Harçeqani Azərbaycan çempionatında iştirakdan imtina etdikləri üçün yığmadan kənarda qaldılar. Onların karyeralarını bitirdiklərini demək olar?
- Milada dəvət göndərmişdim. Ancaq özü bildirdi ki, artıq karyerasını bitirmək istəyir. Buna görə də milliyə qoşulmadı. Radik isə iki olimpiadaya qatılıb, dünya və Avropa çempionluqları var. O da artıq yaşının çox olduğunu, bundan sonra vaxtını ailəsinə, övladlarına ayırmaq istədiyini dedi.

- Onların yoxluğunda millidə lider funksiyasını kim üzərinə götürəcək?
- Komandanın lideri Qaşım Maqomedovdur. O, dünya çempionatında bizim əsas medal ümidlərimizdən birdir.

- Artıq 10 ilə yaxındır Azərbaycanda çalışırsınız. Azərbaycan taekvondosu ürəyiniz istəyən səviyyəyə gəlib çatıb?
- Bəli, artıq 10 ildir Azərbaycanın çörəyini yeyiyəm, suyunu içirəm. Buranı çox sevirəm. Bu ölkənin insanları çox mehribandırlar. Hər yerdə də deyirəm ki, mən azərbaycanlıyam.

O ki qaldı sualınıza, problem əhali sayının az olmasındadır. Məsələn, İranda 85 milyondan çox əhali var, onun iki milyonu taekvondo ilə məşğul olur. Azərbaycanda isə taekvondoya gələn uşaq sayı çox azdır. Uşaqlarda istedad, güc var. Sadəcə, rəqabət azdır. Götürək elə Cavad Ağayevi. Onun alternativi yoxdur ki, rəqabət hiss eləsin. Rəqabət olmayan yerdə də inkişaf etmək çətindir.

Fərdi
UFC: Nəriman Abbasov iddiaçılar turnirində uduzub

UFC: Nəriman Abbasov iddiaçılar turnirində uduzub

Fərdi
Avropa çempionatı: Azərbaycan ağırlıqqaldıranı 3 medal qazanıb

Avropa çempionatı: Azərbaycan ağırlıqqaldıranı 3 medal qazanıb

Fərdi
Dünya çempionatı: Səid Mollayi 5-ci yeri tutub

Dünya çempionatı: Səid Mollayi 5-ci yeri tutub

Fərdi
Nağı Səfərov: "Bakıdakı dünya çempionatı əvvəlkilərdən fərqlənəcəq"

Nağı Səfərov: "Bakıdakı dünya çempionatı əvvəlkilərdən fərqlənəcəq"

Fərdi
Azərbaycan güləşçisi dünya çempionu olub - YENİLƏNİB

Azərbaycan güləşçisi dünya çempionu olub - YENİLƏNİB

Fərdi
Azərbaycan güləşçisi dünya çempionatında Ermənistan təmsilçisinə qalib gəlib

Azərbaycan güləşçisi dünya çempionatında Ermənistan təmsilçisinə qalib gəlib

Fərdi
FIDE prezidenti azərbaycanlı dünya çempionlarını təbrik edib

FIDE prezidenti azərbaycanlı dünya çempionlarını təbrik edib

Fərdi
MOK-un İcraiyyə Komitəsinin iclası keçirilib

MOK-un İcraiyyə Komitəsinin iclası keçirilib

Fərdi
"Shusha Chess 2022"nin iştirakçıları Cıdır düzündə olublar

"Shusha Chess 2022"nin iştirakçıları Cıdır düzündə olublar

Fərdi
Useyn Bolt milyonlarla dollar itirib

Useyn Bolt milyonlarla dollar itirib

Fərdi
Baş katib: “Hazırda Azərbaycan cüdosunda çatışmayan 3 əsas məqam var”

Baş katib: “Hazırda Azərbaycan cüdosunda çatışmayan 3 əsas məqam var”

Fərdi
Bakıdakı dünya çempionatında yenilik tətbiq olunacaq

Bakıdakı dünya çempionatında yenilik tətbiq olunacaq