Suqovuşanda avarçəkmə üzrə “Prezident Kuboku” reqatasına start verilib

Suqovuşanda avarçəkmə üzrə “Prezident Kuboku” reqatasına start verilib

4-7 may tarixlərində keçiriləcək “Prezident Kuboku-2023” beynəlxalq reqatasından öncə komandaların rəhbər şəxslərinin, nümayəndələrinin və beynəlxalq dərəcəli hakimlərin iştirakı ilə iclas keçirilib. Toplantı zamanı komanda nümayəndələrinə yarışın reqlamenti, iştirak qaydaları barədə ətraflı məlumat verilib.

“APA-Economics” xəbər verir ki, mayın 4-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan avarçəkmə üzrə “Prezident Kuboku-2023” beynəlxalq reqatasına start verilib. Gənclər və İdman Nazirliyi və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən birgə təşkil edilən, Avropa Kanoe Assosiasiyasının rəsmi təqdim planında yer alan reqatada 17 ölkədən 100-dən artıq idmançı mübarizə aparır.

Beynəlxaq yarışın açılış mərasimi və ilk yarış günü tarixi torpağımız Suqovuşanda təşkil olunub. Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) rəhbəri Vüqar Əhmədov, eləcə də yerli və xarici idman federasiyalarının rəhbər şəxsləri iştirak ediblər.

Mərasim hərbi orkestrin ifasında Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Açılış nitqi ilə çıxış edən AKAF rəhbəri Vüqar Əhmədov qonaqları və yarış iştirakçılarını salamlayaraq bildirib ki, beynəlxalq reqatanın 100 illlik yubileyini qeyd etdiyimiz Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə inşa edilən Suqovuşan su anbarında start götürməsi özlüyündə rəmzə məna daşıyır. Yarışın növbəti 2 gününün Mingəçevir şəhərindəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində, bağlanış mərasiminin isə Bakı Bulvarında təşkil olunacağını deyən Federasiya rəhbəri iştirakçı ölkə idmançılarına uğurlar arzulayıb.

“Qarabağa həyat qayıdır, işğaldan azad olunmuş torpaqlar önəmli beynəlxalq tədbirlərə ev sahibliyi edir. Biz qalib ölkənin vətəndaşlarıyıq və bu, hər zaman bizə doğru yolu göstərəcək” – deyən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev yarışın Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmasını və Suqovuşan su anbarında təşkil edilməsini olduqca önəmli hadisə adlandırıb.

Gənclər və idman naziri Fərid Qayıbov Suqovuşan qəsəbəsində artıq 3-cü dəfə təşkil olunan beynəlxalq yarışda hər dəfə iştirakçı ölkələrin sayının artdığını vurğulayıb. Tədbirin beynəlxalq standartlara uyğun təşkil edildiyini bildirən Fərid Qayıbov deyib ki, bu cür təşkilatçılıq dövlətin dəstəyi olmadan mümkün deyil və Azərbaycan idmançıları hər zaman prezident İlham Əliyevlə birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısını hiss edirlər. İdmançılara uğurlar arzulayan nazir “Prezident Kuboku-2023” reqatasını açıq elan edib.

İlk yarış günündə kayak və kanoe üzrə 200 metr məsafəyə mübarizədə qaliblər müəyyənəşib. Azərbaycan idmançıları reqatanın birinci günündə 1 qızıl, 1 gümüş və 3 bürünc medal əldə ediblər.

Günün ikinci yarısında Mingəçevir şəhərində reqatanın rəsmi paradı təşkil olunub. Parad zamanı iştirakçı ölkə komandaları çaparlar və maskotların müşaiyəti ilə Heydər Əliyev prospekti ilə irəliləyərək tamaşaçıları salamlayıblar. Komandaların keçidindən sonra Ümummilli Lider Heydər Əliyevin Mingəçevir şəhərində ucaldılan abidəsi ziyarət edilib və önünə gül dəstələri düzülüb.

“Prezident Kuboku-2023” reqatası mayın 5-6-da Mingəçevir şəhərindəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Beynəlxalq turnirin bağlanış mərasimi mayın 7-də Bakı Bulvarındakı “Milan Expo” mərkəzində baş tutacaq. Tədbir zamanı tamaşaçıları möhtəşəm şou proqram, xalq artisti Miri Yusifin solo konserti və möhtəşəm atəşfəşanlıq gözləyir.

Digər növlər
“AzerGold” tərəfindən yenidən qurulmuş idman meydançaları istifadəyə verilib - FOTO

“AzerGold” tərəfindən yenidən qurulmuş idman meydançaları istifadəyə verilib - FOTO

Digər növlər
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Xəzər dənizində rəsmi fəaliyyətə başlayıb  - FOTO

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Xəzər dənizində rəsmi fəaliyyətə başlayıb - FOTO

Digər növlər
Azərbaycan antidopinq sahəsində standartların müəyyənləşməsinə rəhbərlik edir

Azərbaycan antidopinq sahəsində standartların müəyyənləşməsinə rəhbərlik edir

Digər növlər
"Formula 1" Azərbaycan Qran Prisinə bilet satışının ilkin nəticələri açıqlanıb

"Formula 1" Azərbaycan Qran Prisinə bilet satışının ilkin nəticələri açıqlanıb

Digər növlər
"Azercell" beynəlxalq turniri qarşılamağa hazırdır!

"Azercell" beynəlxalq turniri qarşılamağa hazırdır!

Digər növlər
Nazir: Gələn il Bakıda qapalı buz meydançası istifadəyə veriləcək

Nazir: Gələn il Bakıda qapalı buz meydançası istifadəyə veriləcək

Digər növlər
İli ən çox qazancla başa vuran idmançı bəlli olub

İli ən çox qazancla başa vuran idmançı bəlli olub

Digər növlər
"Formula-1" üzrə Çin Qran-prisi koronavirusa görə ləğv edilib

"Formula-1" üzrə Çin Qran-prisi koronavirusa görə ləğv edilib

Digər növlər
Azərbaycanı beynəlxalq drift yarışında  təmsil edəcək pilot seçilib

Azərbaycanı beynəlxalq drift yarışında təmsil edəcək pilot seçilib

Digər növlər
Nazir idmançılara pul mükafatlarının mərhələli şəkildə verilməsi ilə bağlı narazılıqlara cavab verib

Nazir idmançılara pul mükafatlarının mərhələli şəkildə verilməsi ilə bağlı narazılıqlara cavab verib

Digər növlər
Fərid Qayıbov: Elə məqamlar var ki, nazir kimi çox şeyi danışa bilmirəm - MÜSAHİBƏ

Fərid Qayıbov: Elə məqamlar var ki, nazir kimi çox şeyi danışa bilmirəm - MÜSAHİBƏ

Digər növlər
BŞH “Sahil bağı” ətrafındakı velosiped zolağı ilə bağlı açıqlama yayıb

BŞH “Sahil bağı” ətrafındakı velosiped zolağı ilə bağlı açıqlama yayıb