Dünyanın ən perspektivli gəncləri açıqlanıb: Azərbaycan Premyer Liqasında 19 belə futbolçuya şans verilib - SİYAHI

Dünyanın ən perspektivli gəncləri açıqlanıb: Azərbaycan Premyer Liqasında 19 belə futbolçuya şans verilib - SİYAHI

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) dünyanın ən perspektivli 200 gənc futbolçusunun siyahısını dərc edib.

“Report”un qurumun saytına istinadən məlumatına görə, hər mövqe üzrə ən yaxşılarla bağlı araşdırma 75 çempionat arasında aparılıb.

CIES 20 yaşadək futbolçular arasında son 365 gün ərzində ən çox rəsmi matçda iştirak edənlərə üstünlük verib. İspaniyanın “Barselona” klubunun yarımmüdafiəçisi Pablo Qavi bu baxımdan ən reytinqli oyunçudur.

Azərbaycandan heç kimin düşmədiyi siyahıda Türkiyənin cəmi bir futbolçusuna yer verilib. Bu, “Fənərbağça”nın yarımmüdafiəçisi Arda Gülerdir. O, dünyanın ən perspektivli 17-ci hücumameyilli oyunçusu hesab edilib.

Hər mövqe üzrə ən perspektivli futbolçular:

Qapıçı: Plamen Andreyev (“Levski”, Bolqarıstan)

Mərkəz müdafiəçisi: Antonio Silva (“Benfika”, Portuqaliya)

Sol cinah müdafiəçisi: Alexandro Balde (“Barselona”, İspaniya)

Sağ cinah müdafiəçisi: Riko Lyuis (“Mançester Siti”, İngiltərə)

Dayaq yarımmüdafiəçisi: Artur Vermeeren (“Antverpen”, Belçika)

Mərkəz yarımmüdafiəçisi: Pablo Qavi (“Barselona”, İspaniya)

Hücumameyilli yarımmüdafiəçi: Bilal el Xannuss (“Genk”, Belçika)

Sol vinger: Mateus Martins (“Uotford”, İngiltərə)

Sağ vinger: Angelo Qabriel (“Santos”, Braziliya)

Hücumçu: Markos Leonardo (“Santos”, Braziliya)

Azərbaycan klublarının şans verdiyi gənclər

"Report"un araşdırmasına görə, Azərbaycan Premyer Liqasının cari mövsümündə 20 yaşadək 19 futbolçu meydana çıxıb. Siyahıya CIES-dəki kimi, maya qədər 20 yaşı tamam olmayanlar deyil, 2003-cü ilin yanvarın 1-dən sonra anadan olanlar salınıb.

Çempionatın ən gənc üzvü Nihad Əhmədzadədir. Bu mövsüm 6 matçda iştirak edən “Sumqayıt”ın yarımmüdafiəçisi hazırda 17 yaşın içindədir.

Ən çox gənc oyunçulara şans verən komanda “Neftçi”dir. “Ağ-qaralar”ın meydana çıxan 4 üzvü U-20 limitinə düşür. “Sabah”, “Zirə”, “Turan Tovuz” və “Səbail” isə bir gəncə cəmi bir qarşılaşmada Premyer Liqa həyəcanı yaşamaq imkanı verib. Bu isə bir neçə dəqiqə çəkib.

Həm oyun, həm də dəqiqə sayı baxımından “Şamaxı” daha məhsuldardır. Bölgə təmsilçisinin heyətində 20 yaşı yanvarda tamam olan müdafiəçi Cəlal Hüseynov 29 qarşılaşmada çıxış edib. Yarımmüdafiəçi Qurban Səfərov isə 21 görüşün iştirakçısı olub.

Futbolçu (təvəllüdü, klubu)

Oyun

Dəqiqə

Qol

Sarı

Qırmızı

Cəlal Hüseynov (2003, “Şamaxı”)

29

2535

0

2

0

Qurban Səfərov (2004, “Şamaxı)

21

883

0

3

0

Nəriman Axundzadə (2004, “Qarabağ”)

6

150

0

0

0

Nihad Əhmədzadə (2006, “Sumqayıt”)

6

42

0

0

0

İlnur Valiev (2003, “Sumqayıt”)

4

360

-9

0

0

Ağadadaş Salyanski (2004, “Neftçi”)

4

25

1

0

0

Amin Ramazanov (2003, “Qarabağ”)

3

270

-3

0

0

Vüsal Qənbərov (2003, “Səbail”)

2

25

0

0

0

Rza Cəfərov (2003, “Neftçi”)

1

90

-2

0

0

Rüfət Abbasov (2005, “Neftçi”)

1

70

0

0

0

Sadiq Şəfiyev (2005, “Turan Tovuz”)

1

8

0

0

0

Ayxan Süleymanlı (2004, “Sumqayıt”)

1

8

0

0

0

Ümid Səmədov (2003, “Kəpəz”)

1

6

0

0

0

Mehrac Baxşalı (2003, “Qəbələ”)

1

2

0

0

0

Seymur Məmmədov (2003, “Sabah”)

1

1

0

0

0

Ömər Qurbanov (2005, “Neftçi”)

1

1

0

0

0

Ramiz Muradov (2005, “Zirə”)

1

1

0

0

0

Nihat Fərəci (2003, “Kəpəz”)

1

1

0

0

0

Rauf Rüstəmli (2003, “Qəbələ”)

1

1

0

2

0

Futbol
“Neftçi”nin baş məşqçisi ilə anlaşan prezident istefa verəcək

“Neftçi”nin baş məşqçisi ilə anlaşan prezident istefa verəcək

Futbol
“Səbail”in neçə futbolçu transfer edəcəyinə aydınlıq gəlib

“Səbail”in neçə futbolçu transfer edəcəyinə aydınlıq gəlib

Futbol
Qurban Qurbanov: "Qələbə qazanmağı çox istəyirdik"

Qurban Qurbanov: "Qələbə qazanmağı çox istəyirdik"

Futbol
Azərbaycan Premyer Liqasında I dövrəyə darmadağınla yekun vurulub

Azərbaycan Premyer Liqasında I dövrəyə darmadağınla yekun vurulub

Futbol
Gəncədə tarixi derbi, "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək

Gəncədə tarixi derbi, "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək

Futbol
"Mançester Yunayted" Ronaldu ilə bağlı müvafiq addımlar atıb

"Mançester Yunayted" Ronaldu ilə bağlı müvafiq addımlar atıb

Futbol
"Sabah" komandası Premyer Liqada yubiley qələbəsini qazanıb

"Sabah" komandası Premyer Liqada yubiley qələbəsini qazanıb

Futbol
İtaliya futbolunda qeyri-adi hadisə: Hakim kənara vurulan topu qol kimi qeydə alıb

İtaliya futbolunda qeyri-adi hadisə: Hakim kənara vurulan topu qol kimi qeydə alıb

Futbol
Mbappe Fransa Futbol Federasiyasının rəhbərini Zidana hörmətsizlikdə ittiham edib

Mbappe Fransa Futbol Federasiyasının rəhbərini Zidana hörmətsizlikdə ittiham edib

Futbol
Azərbaycanın U-17 millisinin rəqibləri bəlli olub

Azərbaycanın U-17 millisinin rəqibləri bəlli olub

Futbol
“Kəpəz” Antalyada qarşılaşacağı rəqiblərini açıqlayıb

“Kəpəz” Antalyada qarşılaşacağı rəqiblərini açıqlayıb

Futbol
Emin Mahmudov ilk het-trikinə və rekorda imza atıb

Emin Mahmudov ilk het-trikinə və rekorda imza atıb