Avropa çempionu: "Hər kəs məndən qızıl medal gözləyirdi"

Avropa çempionu: "Hər kəs məndən qızıl medal gözləyirdi"

"Hər kəs məndən qızıl medal gözləyirdi. Şükürlər olsun ki, etimadı doğrulda bildim".

"QELEBE.AZ"un məlumatına görə, bunu Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

57 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı yarışa çox yaxşı hazırlaşdıqlarını bildirib: "Keçən il Avropa çempionatında gümüş medal qazanmışdım. Bu dəfə onu qızıla çevirdim. Özümə çox güvənirdim".

O, qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib: "Komandamız ardıcıl 2-ci dəfə qitənin ən güclüsü oldu".

Rzazadə italiyalı Simeone Piroddu ilə yarımfinal görüşündə hesabda geri düşməsinin səbəbini də açıqlayıb: "Tuş"la qalib gəlmək istəyirdim. Amma vəziyyətə nəzarəti itirdim. Sonradan məşqçilərin səyi ilə özümü toparladım. Lazım olan xalları aldıqdan sonra daha çox müdafiəyə fikir verdim. Nəticədə qələbə qazandım".

Finalda türkiyəli Süleyman Atlıya asanlıqla qalib gələn Rzazadə Avropa çempionatından öncə rəqibi yaxşı analiz etdiyini vurğulayıb: "Onun zəif və üstün tərəflərini bilirdim. Düzgün taktika ilə Atlını məğlub etdim".

Fərdi
Azərbaycan cüdoçuları Sloveniyada 8 medal qazanıb

Azərbaycan cüdoçuları Sloveniyada 8 medal qazanıb

Fərdi
"İlin idman yekunları": Qaliblər açıqlanır

"İlin idman yekunları": Qaliblər açıqlanır

Fərdi
Dünya çempionatı: Azərbaycanın bədii gimnastı finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın bədii gimnastı finala yüksəlib

Fərdi
Mehriban Əliyeva Gövhər Beydullayeva və Abdulla Qədimbəylini təbrik edib

Mehriban Əliyeva Gövhər Beydullayeva və Abdulla Qədimbəylini təbrik edib

Fərdi
FIDE reytinqi: Azərbaycanın dünya çempionu 36 pillə irəliləyib

FIDE reytinqi: Azərbaycanın dünya çempionu 36 pillə irəliləyib

Fərdi
Türkiyəli məşhur idman jurnalisti vəfat edib

Türkiyəli məşhur idman jurnalisti vəfat edib

Fərdi
Beyləqanda qətlə yetirilən şəxs tanınmış güləşçinin ilk məşqçisi imiş

Beyləqanda qətlə yetirilən şəxs tanınmış güləşçinin ilk məşqçisi imiş

Fərdi
Kanoe və avarçəkmə üzrə Serbiyadakı dünya çempionatı baş tutmaya bilər

Kanoe və avarçəkmə üzrə Serbiyadakı dünya çempionatı baş tutmaya bilər

Fərdi
Şəfəq Hüseynli Portuqaliyanın AŞ Antidopinq Konvensiyasına uyğunluğu monitorinqində iştirak edib

Şəfəq Hüseynli Portuqaliyanın AŞ Antidopinq Konvensiyasına uyğunluğu monitorinqində iştirak edib

Fərdi
"Shusha Chess 2022"nin iştirakçıları Cıdır düzündə olublar

"Shusha Chess 2022"nin iştirakçıları Cıdır düzündə olublar

Fərdi
Maqnus Karlsen: "Dünya çempionluğu matçından imtinamın mühüm səbəbi qorxudur"

Maqnus Karlsen: "Dünya çempionluğu matçından imtinamın mühüm səbəbi qorxudur"

Fərdi
Böyük Dəbilqə: Azərbaycan cüdoçuları 3-cü qızıl medalı qazanıb

Böyük Dəbilqə: Azərbaycan cüdoçuları 3-cü qızıl medalı qazanıb