Konfrans Liqası: Yarımfinalın daha bir iştirakçısı müəyyənləşib

Konfrans Liqası: Yarımfinalın daha bir iştirakçısı müəyyənləşib

UEFA Konfrans Liqasında yarımfinalın daha bir iştirakçısı bəlli olub.

"Report"un məlumatına görə, 1/4 finalın cavab oyununda İngiltərədə Belçika "Gent"ini 4:1 hesabı ilə darmadağın edən "Vest Hem" növbəti raunda yüksəlib. Bu komandalar arasında keçirilmiş ilk oyunda qalib müəyyənləşməyib - 1:1.

Fransada "Nitsa" və İsveçrə "Bazel"i arasında keçirilən görüşdə isə ümumi hesab bərabər olduğundan əlavə vaxta ehtiyac duyulub.

UEFA Konfrans Liqası
1/4 final
20 aprel

23:00. "Vest Hem" (İngiltərə) - "Gent" (Belçika) - 4:1
Qollar:
Maykl Antonio, 37; 63. Lukas Paketa, 55 (penalti). Deklan Rays, 58 - Uqo Küypers, 26
İlk oyun - 1:1

23:00. "Nitsa" (Fransa) - "Bazel" (İsveçrə) - 1:1 (ƏLAVƏ VAXT)
Qollar:
Qaetan Labord, 9 - Jan Kevin Oqyüsten, 86
İlk oyun - 2:2.

23:34

UEFA Konfrans Liqasında ikinci yarımfinalçı bəlli olub.

"Report"un məlumatına görə, Niderlandın "AZ Alkmaar" klubu növbəti mərhələyə vəsiqə qazanıb.

1/4 finalın cavab oyununda evdə Belçika "Anderlext"ini qəbul edən komanda əsas vaxtda 2 cavabsız qol vuraraq, ümumi hesabı bərabərləşdirib. Əlavə vaxtda tərəflərdən heç bir fərqlənə bilmədiyindən qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq (4:1) oynayan meydan sahibləri yarımfinala yüksəliblər.

Qeyd edək ki, daha əvvəl İtaliya "Fiorentina"sı növbəti raunda adlayıb.

UEFA Konfrans Liqası
1/4 final
20 aprel

20:45. "AZ Alkmaar" (Niderland) - "Anderlext" (Belçika) - 2:0 (PENALTİLƏR SERİYASINDA - 4:1)
Qollar:
Vangelis Pavlidis, 5 (penalti); 13
İlk oyun - 0:2

22:42

UEFA Konfrans Liqasında ilk yarımfinalçı bəlli olub.

"Report"un məlumatına görə, 1/4 finalın cavab oyununda "Fiorentina" İtaliyada Polşa "Lex"inə 2:3 hesabı ilə uduzsa da, adını növbəti raunda yazdırıb.

Florensiya təmsilçisi səfərdəki ilk matçda Poznan klubuna qalib gəlmişdi - 4:1.

Bu qarşılaşma ilə eyni saatda başlayan "AZ Alkmaar" (Niderland) - "Anderlext" (Belçika) görüşündə isə əlavə vaxt oynanılacaq. Buna səbəb ümumi hesabın bərabər olmasıdır.

UEFA Konfrans Liqası
1/4 final
20 aprel

20:45. "Fiorentina" (İtaliya) - "Lex" (Polşa) - 2:3
Qollar:
Rikkardo Sottil, 78. Qaetano Kastrovilli, 90+2 - Afonsu Souza, 9. Kristoffer Velde, 64 (penalti), Artur Sobex, 69
İlk oyun - 4:1

20:45. "AZ Alkmaar" (Niderland) - "Anderlext" (Belçika) - 2:0 (PENALTİLƏR SERİYASINDA - 4:1)
Qollar:
Vangelis Pavlidis, 5 (penalti); 13
İlk oyun - 0:2

Qeyd edək ki, 1/4 finalın digər 2 oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Futbol
"Şamaxı"nın baş məşqçisi: "Fərdi səhvlərdən qapımızda qollar görürük"

"Şamaxı"nın baş məşqçisi: "Fərdi səhvlərdən qapımızda qollar görürük"

Futbol
Joze Alesio de Silva: "İlk 3 qolu rəqib vurmadı, biz hədiyyə etdik"

Joze Alesio de Silva: "İlk 3 qolu rəqib vurmadı, biz hədiyyə etdik"

Futbol
Roberto Martines Portuqaliya millisinin baş məşqçisi təyin olunub

Roberto Martines Portuqaliya millisinin baş məşqçisi təyin olunub

Futbol
Roberto Martines Portuqaliya millisinin baş məşqçisi ola bilər

Roberto Martines Portuqaliya millisinin baş məşqçisi ola bilər

Futbol
Ceyhun Bayramov Türkiyə Ampute milli futbol komandasını təbrik edib

Ceyhun Bayramov Türkiyə Ampute milli futbol komandasını təbrik edib

Futbol
"Qəbələ"nin oyununda əlbəyaxa dava düşüb

"Qəbələ"nin oyununda əlbəyaxa dava düşüb

Futbol
Çempionlar Liqası: Cari mövsüm İspaniya futbolu üçün tarixin ən uğursuzu olub

Çempionlar Liqası: Cari mövsüm İspaniya futbolu üçün tarixin ən uğursuzu olub

Futbol
“Araz-Naxçıvan”ın baş məşqçisi: "Bütün oyunlar finala bərabər olacaq"

“Araz-Naxçıvan”ın baş məşqçisi: "Bütün oyunlar finala bərabər olacaq"

Futbol
Kriştiano Ronaldo yeni klubu ilə 75 milyon dollarlıq müqavilə bağlayıb

Kriştiano Ronaldo yeni klubu ilə 75 milyon dollarlıq müqavilə bağlayıb

Futbol
"Sumqayıt"ın sabiq baş məşqçisi Belarus yığmasına rəhbərlik edə bilər

"Sumqayıt"ın sabiq baş məşqçisi Belarus yığmasına rəhbərlik edə bilər

Futbol
AFFA rəsmisi "Trabzonspor"un oyununa təyinat alıb

AFFA rəsmisi "Trabzonspor"un oyununa təyinat alıb

Futbol
Məşhur argentinalı futbolçunun forması hərraca çıxarılıb

Məşhur argentinalı futbolçunun forması hərraca çıxarılıb