Avropa çempionatı: Azərbaycanın 2 sərbəst güləşçisi qızıl, 1-i gümüş medal qazanıb - YENİLƏNİB-4

Avropa çempionatı: Azərbaycanın 2 sərbəst güləşçisi qızıl, 1-i gümüş medal qazanıb - YENİLƏNİB-4

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında bu gün Azərbaycanın sərbəst güləş millisi 2 qızıl, 1 gümüş medal qazanıb.

“Report”un məlumatına görə, günün son görüşünə Maqomedxan Maqomedov çıxıb.

Milliləşdirilən güləşçi 97 kq çəki dərəcəsində gürcüstanlı Givi Matçaraşvili ilə finalda üz-üzə gəlib. Azərbaycan təmsilçisi öndə olsa da, son saniyələrdə üstünlüyü əldən verərək, 3:4 hesabı ilə məğlub olub və ikinci yeri tutub.

Maqomedova qədər Zaqrebdəki yarışda millinin digər üzvləri Əliabbas Rzazadə (57 kq) karyerasında birinci, Hacı Əliyev (70 kq) isə dördüncü dəfə qitə birinciliyinin qalibi olub. Əli Rəhimzadə (65 kq) bürünc medal görüşündə uduzub, Səbuhi Əmiraslanov (79 kq) isə zədə səbəbindən üçüncü yer uğrunda qarşılaşmaya çıxmadığı üçün mükafatçılar sırasına düşə bilməyib.

Qeyd edək ki, bu gün mübarizəyə qoşulan sərbəst güləşçilərdən Osman Nurmaqomedov (92 kq) finala vəsiqə qazanıb. O, sabah Feyzullah Aktürklə (Türkiyə) həlledici duelə çıxacaq. Cəbrayıl Qadjiyev (74 kq) və Abubakr Abakarov (86 kq) təsəlliverici, Georgi Meşvildişvili (125 kq) isə bürünc medal görüşünə qatılacaqlar.

21:42

Sərbəst güləş üzrə Azərbaycan millisinin lideri Hacı Əliyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

“Report”un məlumatına görə, 70 kq çəki dərəcəsində çıxış edən 32 yaşlı pəhləvan finalda bolqarıstanlı Ramazan Ramazanova 10:3 hesabı ilə qalib gəlib.

Bununla Əliyev karyerasında dördüncü dəfə Avropa çempionluğu tituluna yiyələnib.

Qeyd edək ki, millinin digər üzvü Əliabbas Rzazadə (57 kq) də Xorvatiyadakı Avropa çempionatının qalibi olub.

20:49

Azərbaycanın sərbəst güləşçisi Əli Rəhimzadə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında medal qazanmaq şansını əldən verib.

“Report”un məlumatına görə, o, 65 kq çəki dərəcəsində bürünc medal uğrunda görüşdə Ukrayna təmsilçisi Erik Aruşanyana 6:7 hesabı ilə məğlub olub.

Qeyd edək ki, millinin digər üzvü Əliabbas Rzazadə 57 kq çəkidə Avropa çempionu olub.

20:33

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında Azərbaycanın sərbəst güləş yığması ilk medalını qazanıb.

“Report”un məlumatına görə, Əliabbas Rzazadə 57 kq çəki dərəcəsində qitə birinciliyinin qalibi olub.

Final görüşündə türkiyəli Süleyman Atlı ilə üz-üzə gələn 25 yaşlı pəhləvan rəqibinə heç bir şans verməyib. Təcrübəli türkiyəli güləşçini vaxtından əvvəl 12:2 hesabı ilə məğlub edən Rzazadə karyerasında ilk Avropa çempionluğunu qazanıb.

13:41

Azərbaycanın daha bir güləşçisi Əli Rəhimzadə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında medal görüşünə çıxacaq.

"Report" xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı təsəlliverici qarşılaşmada Coşua Finesilverə (İsrail) qalib gəlib.

O, üçüncü yer uğrunda dueldə Erik Aruşanyanın (Ukrayna) müqavimətini qırmağa çalışacaq.

Bu gün, həmçinin, digər 4 sərbəst güləşçi də medal görüşlərində qüvvəsini sınacaq. 57 kq-dakı Əliabbas Rzazadə qızıl medal uğrunda Süleyman Atlı (Türkiyə) ilə, 70 kq-dakı Hacı Əliyev Ramazan Ramazanovla (Bolqarıstan), 97 kq-dakı Maqomedxan Maqomedov Givi Matçaraşvili (Gürcüstan) ilə üz-üzə gələcək.

79 kq-dakı Səbuhi Əmiraslanov isə bürünc medal qarşılaşmasında Axsarbek Qulayev / Hetik Çabolov cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Avropa çempionatı aprelin 23-də başa çatacaq.

Fərdi
Orxan Səfərov: "Dünya çempionatında yaxşı nəticənin olacağını gözləyirik"

Orxan Səfərov: "Dünya çempionatında yaxşı nəticənin olacağını gözləyirik"

Fərdi
Azərbaycan paralimpiyaçılarının bu il qatılacaqları mühüm yarışlar açıqlanıb

Azərbaycan paralimpiyaçılarının bu il qatılacaqları mühüm yarışlar açıqlanıb

Fərdi
Karate federasiyası ilin yekunları ilə bağlı hesabat verib

Karate federasiyası ilin yekunları ilə bağlı hesabat verib

Fərdi
Azərbaycan çempionatında yunan-Roma güləşi üzrə mübarizə başa çatıb

Azərbaycan çempionatında yunan-Roma güləşi üzrə mübarizə başa çatıb

Fərdi
Tatyana Belova: "Milli Gimnastika Arenasındakı məşqlər bizim üçün böyük təcrübədir"

Tatyana Belova: "Milli Gimnastika Arenasındakı məşqlər bizim üçün böyük təcrübədir"

Fərdi
Azərbaycan IV Dünya Köçəri Oyunlarında iştirak edir

Azərbaycan IV Dünya Köçəri Oyunlarında iştirak edir

Fərdi
Bakıda kikboksinq üzrə Respublika Kuboku start götürüb

Bakıda kikboksinq üzrə Respublika Kuboku start götürüb

Fərdi
Bakıda arena polo üzrə Avropa çempionatının açılış mərasimi olub

Bakıda arena polo üzrə Avropa çempionatının açılış mərasimi olub

Fərdi
Azərbaycan qılıncoynadanı beynəlxalq turnirdə qızıl medal qazanıb

Azərbaycan qılıncoynadanı beynəlxalq turnirdə qızıl medal qazanıb

Fərdi
Eldəniz Əzizli: "Təcrübə hesabına qalib gəldim"

Eldəniz Əzizli: "Təcrübə hesabına qalib gəldim"

Fərdi
Qılıncoynatma üzrə milli qran-pri turnirinə Bakıda hazırlaşır

Qılıncoynatma üzrə milli qran-pri turnirinə Bakıda hazırlaşır

Fərdi
"Formula 1": Yaponiya Qran-prisində bir neçə insident baş verib

"Formula 1": Yaponiya Qran-prisində bir neçə insident baş verib