Premyer Liqa: “Kəpəz” Qərb derbisində “Turan Tovuz”u məğlub edib

Premyer Liqa: “Kəpəz” Qərb derbisində “Turan Tovuz”u məğlub edib

Azərbaycan Premyer Liqasında XXX tur davam edir.

“Report”un məlumatına görə, bu gün turun bir oyunu keçilib.

Günün yeganə matçında bölgə təmsilçiləri “Kəpəz”lə “Turan Tovuz” üz-üzə gəliblər. Gəncə şəhər stadionunun ot örtüyü yararsız vəziyyətdə olduğu üçün rəqibini Qəbələdə qəbul edən Tərlan Əhmədovun kollektivi erkən qolla hesabı açıb. Nigeriyalı hücumçu Abdullahi Şuaybu qapıçı ilə təkbətək dueldən qalib ayrılıb.

Bu azmış kimi, fasilə ərəfəsində tovuzlular meydanda azlıqda qalıblar. Gürcüstanlı yarımmüdafiəçi Piruzi Marakvelidze 38-ci dəqiqədə topa əllə müdaxilə edərək hücumun qarşısını kəsdiyi üçün birbaşa qırmızı vərəqə alıb.

Qalan dəqiqələrdə hər iki komandanın cəhdləri nəticə verməyib və “Kəpəz” Qərb derbisində rəqibini 1:0 hesabı ilə məğlub edib.

Qalibiyyət sayəsində turnir cədvəlinin yeddinci pilləsində qərarlaşan “Kəpəz” xallarının sayını 28-ə çatdırıb. Altıncı sıradakı “Turan Tovuz” gəncəliləri cəmi 1 xal qabaqlayır.

Qeyd edək ki, turun ilk günündə “Zirə” “Səbail”ə evdə 3:1, “Qəbələ” “Neftçi”yə səfərdə 2:1 hesabı ilə qalib gəlib. Aprelin 16-da “Şamaxı” “Sumqayıt”ı, “Sabah” isə “Qarabağ”ı qəbul edəcək.

14:59

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXX turunda üz-üzə gələcək “Kəpəz” və “Turan Tovuz”un heyətləri bəlli olub.

“Report”un məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

“Kəpəz”: 68. Orxan Sadıqlı, 74. Yusif Nəbiyev (k), 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 3. Abdulla Rzayev, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Giorgi Kantariya, 21. Martins Junior, 19. Abdullahi Şuaybu

Ehtiyat oyunçular: 71. Mario Mustapiç, 8. Tural Axundov, 80. Tural Rzayev, 70. Nicat Süleymanov, 2. Zamiq Əliyev, 5. İdris İnqilablı, 27. Samir Məhərrəmli, 91. Nizami Səmədov, 97. Nicat Məmmədov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci, 10. Salif Sisse

Baş məşqçi: Tərlan Əhmədov

“Turan Tovuz”: 1. Tərlan Əhmədli, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 88. Faiq Hacıyev, 2. Roderik Miller, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 25. Denis Marandiçi, 19. Runi Eva, 11. Ayxan Quseynov

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 77. Cavid Tağıyev, 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev, 33. Eltun Turabov, 6. Turan Vəlizadə, 99. Veysəl Rzayev, 15. Vüsal Məsimov, 24. Divine Naah, 9. Belajdi Pusi, 23. Okebuqvu Henri

Baş məşqçi: Ayxan Abbasov

Qeyd edək ki, bu gün Qəbələ şəhər stadionunda oynanılacaq qarşılaşma saat 16:00-da başlayacaq.

Futbol
“Sabah” “Şamaxı”ya qalib gələ bilməyib

“Sabah” “Şamaxı”ya qalib gələ bilməyib

Futbol
"The Best": FIFA ötən ilin ən yaxşı oyunçusu adına namizədləri açıqlayıb

"The Best": FIFA ötən ilin ən yaxşı oyunçusu adına namizədləri açıqlayıb

Futbol
Nunu Qomeş: "Qarabağ"ın  prezidenti kluba çox sərmayə qoyur"

Nunu Qomeş: "Qarabağ"ın prezidenti kluba çox sərmayə qoyur"

Futbol
"Vulverhempton" baş məşqçisini istefaya göndərib

"Vulverhempton" baş məşqçisini istefaya göndərib

Futbol
Azərbaycanın FIFA referisi: "Arzum mundialın final mərhələsinə təyinat almaqdır"

Azərbaycanın FIFA referisi: "Arzum mundialın final mərhələsinə təyinat almaqdır"

Futbol
"Kəpəz" komandasının baş məşqçisi istefaya göndərilib

"Kəpəz" komandasının baş məşqçisi istefaya göndərilib

Futbol
"Olimpiakos"un baş məşqçisi: "Qarabağ"a qalib gəlmək istəyirik"

"Olimpiakos"un baş məşqçisi: "Qarabağ"a qalib gəlmək istəyirik"

Futbol
Fransa milli komandası Didye Deşamla müqavilə müddətini uzadıb

Fransa milli komandası Didye Deşamla müqavilə müddətini uzadıb

Futbol
Neymar həbs oluna bilər

Neymar həbs oluna bilər

Futbol
UEFA "Qarabağ"la oyunda "Olimpiakos"a azarkeşlərlə bağlı məhdudiyyət qoyub

UEFA "Qarabağ"la oyunda "Olimpiakos"a azarkeşlərlə bağlı məhdudiyyət qoyub

Futbol
AVRO-2024: Azərbaycan millisinin yer alacağı səbət bəlli olub

AVRO-2024: Azərbaycan millisinin yer alacağı səbət bəlli olub

Futbol
Skopinyo Kuboku: "Neftçi" "Roma" ilə eyni qrupa düşüb

Skopinyo Kuboku: "Neftçi" "Roma" ilə eyni qrupa düşüb