İngiltərə Premyer Liqasında laynsmen "Liverpul"un futbolçusunu dirsəklə vurub

İngiltərə Premyer Liqasında laynsmen "Liverpul"un futbolçusunu dirsəklə vurub

İngiltərə Premyer Liqasının “Liverpul” – “Arsenal” matçının ilk yarısının sonunda “qırmızılar”ın müdafiəçisi Endrü Robertson laynsmen Konstantin Xatsidakisi boğazına dirsəklə vurmaqda ittiham edib.

“QELEBE.AZ” xəbər verir ki, aşağı keyfiyyətdə də olsa, oyundan sonra yayımlanan fotolar, həqiqətən də, dirsək hərəkətinin olduğunu ortaya çıxarıblar.

Qarşılaşmadan sonra “Liverpul”un baş məşqçisi Yurgen Klopp insidentə geniş şərh verməyib: “Bilirəm ki, belə bir şey olub, amma epizodu görməmişəm. Əgər belə olubsa, şəkillər öz sözünü deyəcək”.

İngiltərə futbolunda hakimliklə məşğul olan “Professional Game Match Officials Limited” (PGMOL) hadisəni araşdırdığını bildirib:

“PGMOL “Enfild”də keçirilən “Liverpul” – “Arsenal” matçının fasiləsində köməkçi hakim Konstantin Xatsidakis və “Liverpul” müdafiəçisi Endrü Robertsonla bağlı insidentdən xəbərdardır. Oyun başa çatdıqdan sonra bu məsələyə ətraflı baxacağıq”, - açıqlamada vurğulanıb.

Xatırladaq ki, aprelin 9-da baş tutan “Liverpul” – “Arsenal” matçında “qırmızılar” ard-arda iki cavabsız top buraxsa da, oyunda geridönüş edə biliblər – 2:2. Beləliklə, “topçular”ın liqada 7 oyunluq qələbə seriyasına son qoyulub.

Futbol
Ayxan Abbasov: "Bizim üçün hər xal önəmlidir"

Ayxan Abbasov: "Bizim üçün hər xal önəmlidir"

Futbol
“Qarabağ” Şahrudin Məhəmmədəliyevin müqaviləsini uzadıb

“Qarabağ” Şahrudin Məhəmmədəliyevin müqaviləsini uzadıb

Futbol
"Səbail" hakimlərin otağını gec təmizlədiyi üçün cərimlənib

"Səbail" hakimlərin otağını gec təmizlədiyi üçün cərimlənib

Futbol
UEFA "Qarabağ"la oyunda "Olimpiakos"a azarkeşlərlə bağlı məhdudiyyət qoyub

UEFA "Qarabağ"la oyunda "Olimpiakos"a azarkeşlərlə bağlı məhdudiyyət qoyub

Futbol
Türkiyə klubları avrokuboklarda tarixi uğura imza atıblar

Türkiyə klubları avrokuboklarda tarixi uğura imza atıblar

Futbol
"Mançester Yunayted"də Ronaldunu əvəzləyə biləcək futbolçular bəlli olub

"Mançester Yunayted"də Ronaldunu əvəzləyə biləcək futbolçular bəlli olub

Futbol
Enis Bardi: "Azərbaycan yığması fiziki cəhətdən güclüdür"

Enis Bardi: "Azərbaycan yığması fiziki cəhətdən güclüdür"

Futbol
Azərbaycanın FIFA referisi "Benfika"nın oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi "Benfika"nın oyununa təyinat alıb

Futbol
"Milan" İtaliya çempionatında turun açılış matçında xal itirib

"Milan" İtaliya çempionatında turun açılış matçında xal itirib

Futbol
Braziliya klubu Ronaldunu transfer etmək istəyir

Braziliya klubu Ronaldunu transfer etmək istəyir

Futbol
Ruslan Abışov: "Karyeramı pul qazanmaq üçün davam etdirmirəm"

Ruslan Abışov: "Karyeramı pul qazanmaq üçün davam etdirmirəm"

Futbol
Klub turnirlərində ən çox qol vurmuş futbolçuların siyahısı açıqlanıb

Klub turnirlərində ən çox qol vurmuş futbolçuların siyahısı açıqlanıb