"Naxçıvan"da yeni təyinat - RƏSMİ
"Naxçıvan"ın məşqçilər korpusunda yeni təyinat baş tutub.
QELEBE.AZ xəbər verir ki, ötən mövsüm başa çatdıqdan sonra karyerasını başa vuran Zaur Paşayev Muxtar Respublika təmsilçisində köməkçi məşqçi kimi fəaliyyət göstərəcək.
43 yaşlı mütəxəssis karyerası ərzində "NTD-Devon", "Qala", "NTD-Tbilisi" (Gürcüstan), "Araz-NTD", "Kutaisi" (Gürcüstan), "Kremen" (Ukrayna), "Zirvə" və "Cəlilabad"da oynayıb.
Zaur Paşayev iki dəfə İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

https://qelebe.az//uploads/photo/quotnaxchivanquotda-yeni-teyinat-resmi.webp