Bakıda beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib

Bakıda beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib

Bakıda yeniyetmə boksçular arasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnirin açılış mərasimi keçirilib.

Apasport.az saytının məlumatına görə, Boks Mərkəzində baş tutan tədbirdən öncə Azərbaycan Boks Federasiyasının (ABF) nümayəndələri, hakimlər və xarici qonaqlar Ümummilli Lider Heydər Əliyev və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını, Şəhidlər Xiyabanını və türk şəhid əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Açılış mərasimi iştirakçı ölkələrin və hakimlərin paradı ilə başlayıb. Ardınca çıxış edən gənclər və idman naziri Fərid Qayıbov bildirib ki, bu, Novruz bayramından sonra Azərbaycanda ilk beynəlxalq yarışdır: “Ölkəmizdə beynəlxalq turnirlərin sayı ildən-ilə artır. Bu, növbəti yarışımızdır. Ümummilli liderimiz Heydər Əliyevin 100 illiyinə həsr olunub. Bu turnirlərin təşkilində dövlətin də əməyi var. Ölkəmizdə idmana xüsusi dövlət qayğısı göstərilir. Azərbaycan Prezidenti idmançılarımızı daim diqqətdə saxlayır. Boksçularımıza uğurlar arzulayıram”.

Ardınca mərasimdə çıxış edən ABF-nin prezidenti Sahil Babayev Azərbaycanda beynəlxalq turnirlərin keçirilməsinin ənənə halını aldığını vurğulayıb. O bildirib ki, bu yarışın ən böyük əhəmiyyəti onun Ümummilli Liderimiz Heydər Əliyevin adını daşımasıdır: “Yarışda 11 ölkədən 100-dən artıq boksçu, 10-larla hakim iştirak edir. Belə mötəbər turnirin keçirilməsi ilk növbədə ölkə başçımızın həyata keçirdiyi idman siyasətinin, Azərbaycanın böyük nüfuzunun göstəricisidir. Bütün boksçularımıza uğurlar arzulayıram. Bugünkü yeniyetmə idmançılarımızın gələcək uğurlarına inanıram. Hər biri gələcəyin dünya, olimpiya çempionu ola bilər. İnanıram ki, biz birlikdə çox uğurlar əldə edəcəyik”.

Azərbaycan himni səsləndikdən sonra federasiya rəhbəri yarışı açıq elan edib.

Qeyd edək ki, bu gün start götürən turnir aprelin 1-də başa çatacaq. 100-dən artıq boksçu 14 çəki dərəcəsi üzrə mükafatçıları müəyyənləşdirəcək.

Döyüş növləri
Azərbaycanlı taekvondoçular Avropa birinciliyində daha 2 medal qazanıb

Azərbaycanlı taekvondoçular Avropa birinciliyində daha 2 medal qazanıb

Döyüş növləri
Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə başlayıb

Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə başlayıb

Döyüş növləri
Azərbaycan boksçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan boksçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Döyüş növləri
Cüdo Federasiyası rusiyalı idmançını milliləşdirib

Cüdo Federasiyası rusiyalı idmançını milliləşdirib

Döyüş növləri
Azərbaycan boksçusu dünya çempionatında ikinci qələbəsini qazanıb

Azərbaycan boksçusu dünya çempionatında ikinci qələbəsini qazanıb

Döyüş növləri
FHN idmançıları yüksək nəticələr qazanıb - FOTO

FHN idmançıları yüksək nəticələr qazanıb - FOTO

Döyüş növləri
Azərbaycan və İsrail yığmaları Avropa birinciliyinə Bakıda birgə hazırlaşır - FOTO

Azərbaycan və İsrail yığmaları Avropa birinciliyinə Bakıda birgə hazırlaşır - FOTO

Döyüş növləri
Azərbaycanın 3 boksçusu ABŞ-da beynəlxalq turnirdə finala yüksəlib

Azərbaycanın 3 boksçusu ABŞ-da beynəlxalq turnirdə finala yüksəlib

Döyüş növləri
FHN-in kikboksçuları turnirdə qızıl medal qazanıblar - FOTO

FHN-in kikboksçuları turnirdə qızıl medal qazanıblar - FOTO

Döyüş növləri
Dünya çempionatında Azərbaycanın 5 qadın güləşçisi mübarizə aparacaq

Dünya çempionatında Azərbaycanın 5 qadın güləşçisi mübarizə aparacaq

Döyüş növləri
FHN-in karate komandasının üzvləri Dünya çempionatında uğur qazanıb

FHN-in karate komandasının üzvləri Dünya çempionatında uğur qazanıb

Döyüş növləri
Azərbaycanın 9 boksçusu Avropa birinciliyinin 1/4 finalında mübarizə aparacaq

Azərbaycanın 9 boksçusu Avropa birinciliyinin 1/4 finalında mübarizə aparacaq