AVRO-2024: Avstriya millisi Azərbaycanla oyunda üçüncü qolu vurub
Linz şəhərində Avstriya və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin I tur oyununda növbəti qol vurulub.
"QELEBE.AZ" xəbər verir ki, meydan sahibləri üçüncü dəfə fərqlənməyə müvəffəq olublar.
50-ci dəqiqədə kapitan Marsel Sabitzer özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.
Avstriya seçməsi hazırda 3:0 hesabı ilə öndədir.
Linz şəhərində Avstriya və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin I tur oyununda ikinci hissə başlayıb.
"QELEBE.AZ" xəbər verir ki, meydan sahibləri hazırda 2:0 hesabı ilə öndədirlər.
28-ci dəqiqədə Marsel Sabitzer, bir dəqiqə sonra Mixael Qreqoritş fərqlənib.
Linz şəhərində Avstriya və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin I tur oyununda ilk hissə başa çatıb.
"QELEBE.AZ" xəbər verir ki, meydan sahibləri fasiləyə 2:0 hesabı ilə öndə yollanıblar.
28-ci dəqiqədə Marsel Sabitzer, bir dəqiqə sonra Mixael Qreqoritş fərqlənib.
Linz şəhərində Avstriya və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin I tur oyununda iki qol vurulub.
"QELEBE.AZ" xəbər verir ki, meydan sahibləri 28 və 29-cu dəqiqələrdə fərqləniblər.
Müvafiq olaraq kapitan Marsel Sabitzer və Mixael Qreqoritş Azərbaycan yığmasını mərkəzə dəvət edib.
Avstriya seçməsi hazırda 2:0 hesabı ilə öndədir.
Linz şəhərində Avstriya və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin I tur oyunu başlayıb.
"QELEBE.AZ" xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də start götürüb.
Matçı polşalı Bartoş Frankovskinin rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.
AVRO-2024-ün seçmə mərhələsinin I turunda üz-üzə gələcək Avstriya və Azərbaycan millilərinin start heyətləri bəlli olub.
"QELEBE.AZ" xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:
Avstriya: 1. Haynts Lindner (GK) 2. Maksimilian Vöber, 3. Kevin Danso, 6. Nikolas Seyvald, 9. Marsel Sabitzer (k), 11. Mixael Qreqoritş, 16. Filipp Muene, 19. Kristof Baumqartner, 20. Konrad Laymer, 21. Patrik Vimmer, 23. Qernot Trauner
Baş məşqçi: Ralf Ranqnik
Azərbaycan: 12. Yusif İmanov (GK) 3. Elvin Cəfərquliyev. 4. Bəhlul Mustafazadə. 6. Höccət Haqverdi. 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 11. Ramil Şeydayev 14. Eddi İsrafilov, 15. Bəxtiyar Həsənalızadə, 20. Riçard Almeyda, 21. Ozan Can Kökçü
Baş məşqçi: Canni De Byazi
Qeyd edək ki, bu gün Linz şəhərindəki “Raiffeisen Arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

https://qelebe.az//uploads/photo/avro-2024-avstriya-millisi-azerbaycanla-oyunda-uchuncu-qolu-vurub.webp











