“Sabah”ın futbolçusu Ukrayna millisinə çağırılıb
“Sabah”ın futbolçusu Aleksey Kaşuk 21 yaşadək oyunçulardan ibarət Ukrayna millisinə çağırılıb.
“Report” xəbər verir ki, baş məşqçi Ruslan Rotan növbəti dəfə yarımmüdafiəçiyə dəvət göndərib.
O, Danimarka və İtaliyanın U-21 yığmalarına qarşı keçiriləcək yoldaşlıq görüşlərində məşqçilər korpusunun sərəncamında olacaq.
Qeyd edək ki, Ukrayna yığması martın 24-də Danimarka, 27-də isə İtaliya ilə qarşılaşacaq.

https://qelebe.az//uploads/photo/sabahin-futbolchusu-ukrayna-millisine-chagirilib.webp











