Qelebə.az / “Sabah”ın futbolçusu Ukrayna millisinə çağırılıb

“Sabah”ın futbolçusu Ukrayna millisinə çağırılıb

17-03-2023, 13:20

“Sabah”ın futbolçusu Aleksey Kaşuk 21 yaşadək oyunçulardan ibarət Ukrayna millisinə çağırılıb.

“Report” xəbər verir ki, baş məşqçi Ruslan Rotan növbəti dəfə yarımmüdafiəçiyə dəvət göndərib.

O, Danimarka və İtaliyanın U-21 yığmalarına qarşı keçiriləcək yoldaşlıq görüşlərində məşqçilər korpusunun sərəncamında olacaq.

Qeyd edək ki, Ukrayna yığması martın 24-də Danimarka, 27-də isə İtaliya ilə qarşılaşacaq.

Geri qayıt