Rafael Fiziyev: "Geyci ilə döyüş mənim üçün yeni zirvə, yeni yol deməkdir"

"Geyci ilə döyüş mənim üçün yeni çağırış, yeni zirvə və yeni yol deməkdir. Amma o qədər xoşbəxtəm ki, daha bu barədə düşünmürəm".

"QELEBE.AZ"un məlumatına görə, bunu Azərbaycanın yüngül çəkidə MMA döyüşçüsü Rafael Fiziyev ABŞ idmançısı Castin Geyciyə qarşı keçirəcəyi görüş haqqında "sport24.ru" saytına müsahibəsində deyib.

30 yaşlı idmançı rəqibin son qarşılaşmalarda kifayət qədər ağıllı döyüşməyə başladığını bildirib: "Amma istənilən halda o, oktaqonun hökmdarıdır. Döyüşməyi sevən, ürəyi ilə vuruşan idmançıdır. Soyuqqanlılığımı qorumaq şərtilə hər şeyi etməyə, rəqibin həmlələrini qarşılamağa hazıram. İnanıram ki, planım işləyəcək".

Fiziyev rəqiblərinin adətən son döyüşlərinə baxmağı xoşladığını söyləyib: "Dörd-beş il əvvəlki görüşləri izləməyin nə mənası var? İnsan məşq edir, dəyişir. Geycinin döyüş üslubu isə demək olar eynidir: daha çox əllərlə işləyir və aşağı nahiyələrə zərbələr vurur".

Qeyd edək ki, Rafael Fiziyevlə Castin Geyci arasında döyüş martın 18-dən 19-na keçən gecə İngiltərənin paytaxtı Londonda keçiriləcək.

Fərdi
Rusiya və Belarus paracüdoçuları Bakıdakı dünya çempionatına buraxılmayacaq

Avropa Kuboku: "Odlar Yurdu" 6-cı, "Vüqar Həşimov" 10-cu olub

Nazir nüfuzlu yarışlarda uğur qazanmış idmançılarla görüşüb

Azərbaycan yığmasının baş məşqçisi Göygöl toplanışını dəyərləndirib

Fərid Qayıbov: "İli uğurla və sabaha inamla başa vururuq"

Türkiyə Avarçəkmə Federasiyasının prezidenti: "Mingəçevir Reqata"sında yarışmaqdan məmnunuq"

Mehriban Əliyeva Gövhər Beydullayeva və Abdulla Qədimbəylini təbrik edib

Cüdo yığmasının baş məşqçisi: "Qələbəni şəhidlərimizə həsr edirik"

Türkiyəli tanınmış güləşçi 5-ci dəfə dünya çempionu olub

Azərbaycan əsilli gimnast dünya çempionatında tarixi nəticəyə imza atıb

ASAPES-də Zəfər Gününə həsr edilmiş sənədli filmin təqdimatı olub

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb