Premyer Liqa: Bölgə klubları paytaxt təmsilçiləri önündə tilsimi qırmağa çalışacaqlar

Premyer Liqa: Bölgə klubları paytaxt təmsilçiləri önündə tilsimi qırmağa çalışacaqlar

Bu gün Azərbaycan Premyer Liqasında XXVI tura start veriləcək.

“QELEBE.AZ”un məlumatına görə, ilk gündə iki oyun baş tutacaq. 

Turun açılış matçı Gəncədə olacaq. Autsayderlər zonasında qərarlaşan “Kəpəz” avrokuboklara iddia edən “Zirə”ni qəbul edəcək. Turdan-tura mövqeyini itirmək təhlükəsi artan bakılılar səfərdən qələbə ilə dönmək əzmindədir. Sonuncu dəfə 6 il əvvəl - 2017-ci ildə “Zirə”yə qalib gəlməyi bacaran “Kəpəz” isə 6 matçlıq qələbəsizlik seriyasına son qoymağa çalışacaq. “Zirə” hazırda 36 xalla dördüncü pillədə qərarlaşıbsa, aktivində 20 xal olan “Kəpəz” 8-ci yerdədir.

Günün digər qarşılaşmasında bölgə təmsilçisi paytaxtda qonaq olacaq. 56 xalla turnir cədvəlinin ikinci pilləsində olan “Sabah” yavaş-yavaş təhlükəli zonadan uzaqlaşan “Sumqayıt”ı sınağa çəkəcək. Son 5 görüşün dördündə “Sabah”a böyük hesabla məğlub olan “gənclik şəhəri” təmsilçisi yalnız bir dəfə he-heçə ilə öyünə bilib. Samir Abasovun yetirmələri iki illik tilsimi qırmaq istəsə də, öz meydanında çıxış edəcək “Sabah” aşkar favoritdir. “Sumqayıt” 21 xalla yeddinci sıradadır.

Qeyd edək ki, turun digər oyunlarında martın 11-də “Turan Tovuz” “Qəbələ”ni, “Qarabağ” “Səbail”i qəbul edəcək, ertəsi gün isə “Neftçi” “Şamaxı”nın qonağı olacaq.

Premyer Liqa

XXVI tur

10 mart (cümə)

15:00. “Kəpəz” – “Zirə”

Gəncə şəhər stadionu

19:00. “Sabah” – “Sumqayıt”

“Bank Respublika Arena”

Futbol
Tomas Tuxel "Çelsi"dən istefaya göndərilib

Tomas Tuxel "Çelsi"dən istefaya göndərilib

Futbol
PSJ Mbappeni 400 milyon avroya satmaq istəyir

PSJ Mbappeni 400 milyon avroya satmaq istəyir

Futbol
"Nant"ın baş məşqçisi: "Qarabağ"la oyun vacibdir"

"Nant"ın baş məşqçisi: "Qarabağ"la oyun vacibdir"

Futbol
DÇ-2022: İspaniya - Almaniya matçında hesab açılıb

DÇ-2022: İspaniya - Almaniya matçında hesab açılıb

Futbol
DÇ-2022: Cənubi Koreya - Portuqaliya matçında 2-ci hissə başlayıb

DÇ-2022: Cənubi Koreya - Portuqaliya matçında 2-ci hissə başlayıb

Futbol
"Səbail" - "Qarabağ" oyununun ikinci hissəsi elektrik enerjisi kəsildiyi üçün gec başlayıb

"Səbail" - "Qarabağ" oyununun ikinci hissəsi elektrik enerjisi kəsildiyi üçün gec başlayıb

Futbol
DÇ-2022: İran yığması ölkə himnini oxumayıb

DÇ-2022: İran yığması ölkə himnini oxumayıb

Futbol
Portuqaliyadan darmadağın, İsrail və Yunanıstan pley-offa vəsiqəni təmin edib

Portuqaliyadan darmadağın, İsrail və Yunanıstan pley-offa vəsiqəni təmin edib

Futbol
Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş turnirdə ilk yarımfinalçılar bəlli olub

Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş turnirdə ilk yarımfinalçılar bəlli olub

Futbol
Türkiyə klubu avrokubok matçından öncə kuryoz hadisə ilə üzləşib

Türkiyə klubu avrokubok matçından öncə kuryoz hadisə ilə üzləşib

Futbol
Azərbaycan klubu Çempionlar Liqasının 1/4 finalına yüksəlib

Azərbaycan klubu Çempionlar Liqasının 1/4 finalına yüksəlib

Futbol
FIFA Braziliya millisinin oyunundakı irqçiliyə görə araşdırmaya başlayıb

FIFA Braziliya millisinin oyunundakı irqçiliyə görə araşdırmaya başlayıb