Azərbaycan Premyer Liqasında 25 turun ən intizamsız komandaları müəyyənləşib

Azərbaycan Premyer Liqasında 25 turun ən intizamsız komandaları müəyyənləşib

Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün geridə qalan 25 turunun ən intizamsız komandaları müəyyənləşib.

“Report”un araşdırmasına görə, XXV turda mövsüm ərzində göstərilən ümumi sarı vərəqə sayı 500-ü keçib.

Geridə qalan turda hakimlər 23 dəfə sarı vərəqədən istifadə ediblər ki, bununla cari mövsümdə sarıların sayı 517-yə çatıb.

Ən çox rəsmi xəbərdarlıq “Qəbələ”nin futbolçularına edilib. “Qırmızı-qaralar” 65 dəfə hakimləri sarı vərəqəyə əl atmağa vadar ediblər. İkinci pillədəki “Sabah” “Qəbələ”dən cəmi 1 sarı az alıb. “Kəpəz”də isə bu say 62-dir.

XXV tur qırmızı vərəqə baxımından daha məhsuldar alınıb. Baş tutan 5 qarşılaşmada 3 futbolçu meydandan qovulub. “Sabah” – “Kəpəz” görüşündə hər komandanın bir üzvü – müvafiq olaraq Anatoli Nuriyev və Abdullahi Şuaybu qırmızı vərəqə alıb. Turun digər intizamsızı isə “Səbail”in oyunçusu Qustavo De Fransa olub.

Bu mövsüm ümumilikdə 39 qırmızı vərəqə olub ki, bunun təxminən yarısı - 17-si iki komandanın payına düşür. “Kəpəz” və “Sabah” burada da öncüllərdəndirlər. Gəncəlilər 9, bakılılar isə 8 dəfə meydandan (və ya texniki zonadan) qovulublar. Onları təqib edən “Səbail” və “Zirə” ən kobud komandaların sıralamasında “üçlüy”ü bölüşürlər. Zirəlilər sarı vərəqənin azlığına görə öyünə bilərlər. Rəşad Sadıqovun komandası 47, Şahin Diniyevin kollektivi isə 53 dəfə sarı vərəqə ilə cəzalandırılıb.

Hələlik qırmızı vərəqə almayan yeganə komanda “Qarabağ”dır.

Futbol
A Seriyası: "Yuventus" "Bolonya"nı məğlub edib

A Seriyası: "Yuventus" "Bolonya"nı məğlub edib

Futbol
Ronaldu azarkeşlərlə vidalaşıb: "Yeni çağırış axtarmağın vaxtı çatıb"

Ronaldu azarkeşlərlə vidalaşıb: "Yeni çağırış axtarmağın vaxtı çatıb"

Futbol
Xavi: “Çempionlar Liqasında davam etməyə layiq deyilik”

Xavi: “Çempionlar Liqasında davam etməyə layiq deyilik”

Futbol
AFFA "Sabah" klubunun şikayətini təmin etməyib

AFFA "Sabah" klubunun şikayətini təmin etməyib

Futbol
Riçard Almeyda: "Ordumuzdan xoş xəbərlər alırıq"

Riçard Almeyda: "Ordumuzdan xoş xəbərlər alırıq"

Futbol
Qətərin DÇ-2022 üçün xərclədiyi məbləğ açıqlanıb

Qətərin DÇ-2022 üçün xərclədiyi məbləğ açıqlanıb

Futbol
DÇ-2022 üçün satılmış biletlərin sayı bəlli olub

DÇ-2022 üçün satılmış biletlərin sayı bəlli olub

Futbol
Neymar həbs oluna bilər

Neymar həbs oluna bilər

Futbol
"Qarabağ" UEFA Avropa Liqası ilə vidalaşıb

"Qarabağ" UEFA Avropa Liqası ilə vidalaşıb

Futbol
"Neftçi"nin əsas hücumçusu zədələnib

"Neftçi"nin əsas hücumçusu zədələnib

Futbol
DÇ-2022-də növbəti sensasiya: Almaniya Yaponiyaya məğlub olub

DÇ-2022-də növbəti sensasiya: Almaniya Yaponiyaya məğlub olub

Futbol
“Qarabağ”ın 420 günlük seriyası qırılıb

“Qarabağ”ın 420 günlük seriyası qırılıb