Qurban Qurbanov baş məşqçi karyerasında 700-cü oyununu keçirib

Qurban Qurbanov baş məşqçi karyerasında 700-cü oyununu keçirib

Qurban Qurbanov baş məşqçi karyerasında 700-cü oyununu keçirib.

“QELEBE.AZ” xəbər verir ki, 51 yaşlı mütəxəssisin yubileyi Misli Premyer Liqasının XXV turuna təsadüf edib.

Onun rəhbərlik etdiyi “Qarabağ” səfərdə “Qəbələ” ilə qarşılaşıb. Bu görüşdə ağdamlılar 3:1 hesabı ilə qalib gəliblər. Qəbələdəki qarşılaşma Qurbanovun bütün komandalarda və turnirlərdə ümumilikdə 700-cü matçı kimi tarixə düşüb. Burada cəza və ya digər səbəbdən texniki zonadan deyil, kənardan yetirmələrinə rəhbərlik etdiyi görüşlər də nəzərə alınıb.

Qurbanov baş məşqçi karyerasına 2006-cı ilin yayında başlayıb. O, karyerası ərzində üç komandaya rəhbərlik edib. Qurbanov “Qarabağ”dan başqa, “Neftçi”də 38, Azərbaycan millisində 12 oyunda iş başında olub.

“Qəbələ” ilə qarşılaşma həm də “Qarabağ”ın sükanı arxasında 650-ci qarşılaşma olub. Mütəxəssis 2008-ci ilin yayından baş məşqçisi olduğu Ağdam klubunu səfər matçınadək 649 matça çıxarmışdı.

Qeyd edək ki, Qurbanovun baş məşqçi kimi debütü 2006-cı il avqustun 6-da reallaşıb. Onun rəhbərlik etdiyi “Neftçi” “Gənclərbirliyi” ilə ev oyununda 6:1 hesabı ilə qalib gəlib. Mütəxəssis bundan 2 il 3 gün sonra “Qarabağ”da debüt edib. Ağdam klubu səfərdəki çempionat matçında “Bakılı”ya qalib gəlib – 2:1.

Futbol
Tanınmış baş məşqçi Rusiya klubundan ayrılıb

Tanınmış baş məşqçi Rusiya klubundan ayrılıb

Futbol
TFF “Sivasspor” – “Qalatasaray” oyununda hakim səhvi olduğunu təsdiqləyib

TFF “Sivasspor” – “Qalatasaray” oyununda hakim səhvi olduğunu təsdiqləyib

Futbol
Rusiya Kuboku oyununda azarkeşlər siqaret çəkdikləri üçün saxlanılıblar

Rusiya Kuboku oyununda azarkeşlər siqaret çəkdikləri üçün saxlanılıblar

Futbol
Fransa millisinin müdafiəçisi üçün mundial başa çatıb

Fransa millisinin müdafiəçisi üçün mundial başa çatıb

Futbol
AFFA və “Qarabağ”ın rəsmiləri klubun “Traktor” ilə yoldaşlıq oyunu keçirmək ehtimalını şərh ediblər

AFFA və “Qarabağ”ın rəsmiləri klubun “Traktor” ilə yoldaşlıq oyunu keçirmək ehtimalını şərh ediblər

Futbol
Renat Dadaşov: "Azərbaycan millisi ilə Avropa çempionatına vəsiqə qazanmaq istəyirəm"

Renat Dadaşov: "Azərbaycan millisi ilə Avropa çempionatına vəsiqə qazanmaq istəyirəm"

Futbol
"Olimpiakos"un qapıçısı: "Qarabağ"a qalib gələ bilərdik"

"Olimpiakos"un qapıçısı: "Qarabağ"a qalib gələ bilərdik"

Futbol
Samir Abasov: "Əhval-ruhiyyəmiz yaxşı deyildi"

Samir Abasov: "Əhval-ruhiyyəmiz yaxşı deyildi"

Futbol
"Qəbələ"nin baş məşqçisi: "Hərdən komanda şəklində oyundan qopuruq"

"Qəbələ"nin baş məşqçisi: "Hərdən komanda şəklində oyundan qopuruq"

Futbol
Argentina 3 qat dünya çempionu olub

Argentina 3 qat dünya çempionu olub

Futbol
Stokholmda təşkil olunacaq "Şuşa" beynəlxalq mini-futbol turnirinin püşkü atılıb

Stokholmda təşkil olunacaq "Şuşa" beynəlxalq mini-futbol turnirinin püşkü atılıb

Futbol
İngiltərə Premyer Liqası: "Liverpul" səfərdə məğlub olub

İngiltərə Premyer Liqası: "Liverpul" səfərdə məğlub olub