AFFA və “Qarabağ”ın rəsmiləri klubun “Traktor” ilə yoldaşlıq oyunu keçirmək ehtimalını şərh ediblər

AFFA və “Qarabağ”ın rəsmiləri klubun “Traktor” ilə yoldaşlıq oyunu keçirmək ehtimalını şərh ediblər

“Traktor” ilə yoldaşlıq oyunu keçirmək “Qarabağ” klubu olaraq bizim üçün də, azarkeşlər üçün də çox xoş olar”.

Bunu “Report”a açıqlamasında “Qarabağ”ın direktoru Əmrah Çəlikəl azarkeşlərin sosial şəbəkələrdə Ağdam təmsilçisinin Təbrizin “Traktor” klubu ilə yoldaşlıq oyunu keçirməsi ilə bağlı təşəbbüsünü şərh edərkən deyib.

Klub rəsmisi qeyd edib ki, hər iki klubun sıx qrafiki var: "Həm ölkə çempionatında, həm də Konfrans Liqasında çıxış edirik. Çalışırıq ki, iştirak etdiyimiz bütün platformalarda Azərbaycanı ən yüksək səviyyədə təmsil edək. Amma bununla yanaşı, biz “Qarabağ” klubu olaraq belə bir oyunun baş tutmasını da istəyərik. Onlar bizim soydaşlarımız, qardaşlarımızdır. İki klubun qarşılaşması böyük futbol bayramı olar. Əgər qış təlim-məşq toplanışında “Traktor” da Antalyada olsa, orda belə bir görüşü planlaya bilərik. Ancaq qarşı tərəfdən hər hansı təşəbbüs olsa, bizə bir təklif gəlsə, başqa variantlar üzərində də düşünmək olar”.

Emrah Çelikel
Emrah Çelikel

Görüşün Azərbaycanda baş tutması halında təşkilatçı kimi AFFA çıxış edə bilərmi? Bununla bağlı “Report”a açıqlamasında AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla qeyd edib ki, belə bir təşəbbüs olsa, Assosiasiya olaraq təşkilati məsələdə istənilən köməyi edə bilərlər: “Bu məsələdə əsas iş klubların üzərinə düşür. Hər iki klubun sıx qrafiki var. AFFA hansısa kluba yoldaşlıq oyunu keçirməklə bağlı təklif, təşəbbüs verə bilməz. Amma belə bir görüş olsa, təşkilatçılığı öz üzərinə götürə bilər”.

Firuz Abdulla
Firuz Abdulla

Qeyd edək ki, “Qarabağ”la “Traktor” daha əvvəl yoldaşlıq görüşündə qarşılaşıblar. Hər iki klub 2012-ci ildə Türkiyədə yay təlim-məşq toplanışında olarkən Ankaranın Qızılcahamam bölgəsində üz-üzə gəliblər. Görüş “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Futbol
"Qarabağ"ın futbolçusu: "Bir xal da pis nəticə deyil"

"Qarabağ"ın futbolçusu: "Bir xal da pis nəticə deyil"

Futbol
Mbappe Fransa Futbol Federasiyasının rəhbərini Zidana hörmətsizlikdə ittiham edib

Mbappe Fransa Futbol Federasiyasının rəhbərini Zidana hörmətsizlikdə ittiham edib

Futbol
"Qarabağ Futbol Klubu"nun təsisçisi dəyişib

"Qarabağ Futbol Klubu"nun təsisçisi dəyişib

Futbol
"Qarabağ"ın "Traktor"la qarşılaşması qardaşlıq adına gözəl addım olar" - RƏY

"Qarabağ"ın "Traktor"la qarşılaşması qardaşlıq adına gözəl addım olar" - RƏY

Futbol
Almaniyada yaşayan azərbaycanlı: "Frayburq" fanatlarına kompotumuzu içməyi məsləhət görərdim"

Almaniyada yaşayan azərbaycanlı: "Frayburq" fanatlarına kompotumuzu içməyi məsləhət görərdim"

Futbol
"Turan Tovuz" klubu böyük məbləğdə cərimələnib

"Turan Tovuz" klubu böyük məbləğdə cərimələnib

Futbol
Qəzaya düşən hakim: “Qarşıdan gələn avtomobil 130-140 km/saat sürətlə üstümüzə sürdü”

Qəzaya düşən hakim: “Qarşıdan gələn avtomobil 130-140 km/saat sürətlə üstümüzə sürdü”

Futbol
Ermənistan millisinin baş məşqçisi istefaya göndərilib

Ermənistan millisinin baş məşqçisi istefaya göndərilib

Futbol
"Qarabağ" dörd futbolçusu ilə müqaviləni yeniləyib

"Qarabağ" dörd futbolçusu ilə müqaviləni yeniləyib

Futbol
"Frayburq"un baş məşqçisi: "Qarabağ" əla komandadır"

"Frayburq"un baş məşqçisi: "Qarabağ" əla komandadır"

Futbol
Azərbaycan kubokunda iştirakçı sayı açıqlanıb

Azərbaycan kubokunda iştirakçı sayı açıqlanıb

Futbol
Stokholmda təşkil olunacaq "Şuşa" beynəlxalq mini-futbol turnirinin püşkü atılıb

Stokholmda təşkil olunacaq "Şuşa" beynəlxalq mini-futbol turnirinin püşkü atılıb