"Beşiktaş"dan de Liqt həmləsi

"Beşiktaş"dan de Liqt həmləsi

“Beşiktaş” qış transfer pəncərəsində müdafiə xəttini gücləndirməyi planlaşdırır.

QELEBE.AZ xəbər verir ki, İstanbul təmsilçisi “Mançester Yunayted”in futbolçusu Matteys de Liqtin xidmətində maraqlıdır.

Bu barədə yerli mətbuat məlumat yayıb.

İddialara görə, zədə səbəbindən uzun müddət yaşıl meydanlardan uzaq qalan niderlandlı müdafiəçi “qırmızı şeytanlar”ın heyətində müntəzəm oynamaq şansı qazanmaqda çətinlik çəkir.

Premyer Liqa təmsilçisi müdafiə xəttinə yeni transferlər reallaşdıracağı təqdirdə 27 yaşlı futbolçunun ayrılmasına müsbət yanaşa bilər.

“Beşiktaş” rəhbərliyinin yaxın günlərdə İngiltərə klubu ilə rəsmi danışıqlara başlaması gözlənilir.

Qeyd edək ki, Matteys de Liqt 2024-cü ildən “Mançester Yunayted”də çıxış edir.