“Qarabağ” Qazaxıstan klubu ilə bacarmadı

“Qarabağ” Qazaxıstan klubu ilə bacarmadı

"Qarabağ"ın əvəzedici komandası yoxlama oyununda qüvvəsini sınayıb.

QELEBE.AZ xəbər verir ki, Maksim Medvedevin rəhbərlik etdiyi kollektiv "Akas"ın U-19 komandası ilə üz-üzə gəlib.

Qarşılaşma Qazaxıstan təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Qarabağ-2" Əvəzedicilər liqasında 8 turdan sonra 21 xal toplayıb və turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.