Rusiya millisi AVRO-2028-in seçmə mərhələsinin püşkatmasına daxil edilməyib
Rusiya milli futbol komandası 2028-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin püşkatmasında iştirak etməyəcək.
Bu barədə Rusiyanın “Sport-Express” nəşri UEFA-nın baş katibi Teodor Teodoridisin təşkilatın üzvlərinə göndərdiyi məktuba istinadən məlumat yayıb.
Məlumata görə, dekabrın 6-da Şimali İrlandiyanın paytaxtı Belfastda keçiriləcək püşkatmada 55 deyil, 54 milli komanda iştirak edəcək. Rusiya yığması iştirakçıların siyahısına daxil edilməyib.
Seçmə mərhələdə iştirak edəcək komandalar Millətlər Liqasının 17 noyabr tarixinə olan reytinqinə uyğun olaraq səbətlərə bölünəcək. Püşkatmanın nəticəsində 12 qrup formalaşdırılacaq.
Qeyd edək ki, AVRO-2028 İngiltərə, Şotlandiya, Uels və İrlandiyada keçiriləcək. Turnirin 9 iyun – 9 iyul 2028-ci il tarixlərində təşkili nəzərdə tutulur.
Xatırladaq ki, UEFA və FIFA 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatları ilə əlaqədar Rusiya milli komandalarını və klublarını beynəlxalq yarışlardan kənarlaşdırıb.

https://qelebe.az//uploads/photo/rusiya-millisi-avro-2028-in-sechme-merhelesinin-pushkatmasina-daxil-edilmeyib.webp











