Ukraynalı məşqçi: “Azərbaycan gimnastika məktəbi çox güclüdür”

Ukraynalı məşqçi: “Azərbaycan gimnastika məktəbi çox güclüdür”

“Azərbaycan gimnastika məktəbi çox güclüdür. Əla bazanız var. Azərbaycan gimnastları həm Ukrayna, həm də bütün dünya yığmaları üçün ciddi rəqib hesab olunurlar”.

“QELEBE.AZ” xəbər verir ki, bunu Bakıda səfərdə olan tanınmış ukraynalı bədii gimnast Alyona Dyaçenko Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə müsahibəsində deyib.

Üç ildir Çin millisinin və Çinin Şensi əyalətinin yığma komandasının məşqçisi vəzifəsində çalışan Dyaçenko Bakıda rəhbərliyi altında təşkil olunan ustad dərslərinin xoşuna gəldiyini bildirib: “Uşaqlar mehribandırlar, hamının üzündə təbəssüm var idi. Ümid edirəm ki, uşaqlar da məşqlərdən zövq alırlar. Yeni biliklər öyrətmək, yeniliklər gətirmək, gənc nəslə töhfə vermək çox xoş hissdir”.

Yay Universiadasının gümüş mükafatçısı məşğələlərin kiçik gimnastlar üçün böyük fayda verdiyini düşünür: “Bu cür məşğələlər klublarda məşq edən kiçik yaşlı gimnastlar, eləcə də, ölkənin milli komandasında yer ala bilməyən və ya təhsilə üstünlük verən gimnastlar üçün dünya bədii gimnastikası ilə tanış olmaq fürsətidir. Digər tərəfdən, yeni hərəkətlər öyrənmək imkanıdır. Bu məşq daha çox ruhlandırıcı və yeni təcrübə xarakteri daşıyır. Ümid edirəm ki, uşaqlar aləti daha çox hiss etməyi sevməyi, həmçinin, onunla bir əşya kimi yox, uşaq kimi və ya insan kimi rəftar etməyi öyrəndilər”.

Zədə səbəbindən karyerasını 19 yaşında başa vuran Alyona Dyaçenko üçüncü dəfədir Bakıya səfər etdiyini xatırladıb: “Ukrayna yığmasının tərkibində burada yarışda iştirak etmişəm. Dünya Kuboku ilə bağlı səfərim olub. Burada gəzməyə də imkan tapmışıq. Bakını çox bəyənirəm, gözəl şəhərdir. Doğma şəhərim Kiyevi xatırladır”.

O, sonda yeniyetmə gimnastlara öz məsləhətini verib: “Vaxtlarını hədər yerə sərf etməsinlər, gördükləri işi sevgi ilə yerinə yetirsinlər. Hər gün özlərini bu sahəyə həsr etsinlər. Gimnastların karyerası çox qısadır. Bunu ürəkdən yaşamaq lazımdır”.

Fərdi
Rüstəm Orucov: "Dünya çempionatında medal qazanacağımıza inamımız böyükdür"

Rüstəm Orucov: "Dünya çempionatında medal qazanacağımıza inamımız böyükdür"

Fərdi
Su İdman Sarayında "Birlikdə üzək" adlı yarışa start verilib

Su İdman Sarayında "Birlikdə üzək" adlı yarışa start verilib

Fərdi
Azərbaycan millisi Bakıdakı Böyük Dəbilqəni 6 medalla başa vuraraq birinci olub

Azərbaycan millisi Bakıdakı Böyük Dəbilqəni 6 medalla başa vuraraq birinci olub

Fərdi
Diaspor təşkilatının rəhbəri dünya çempionu olub

Diaspor təşkilatının rəhbəri dünya çempionu olub

Fərdi
Azərbaycan millisinin futzalçısı: "Ancaq qələbə haqqında düşünürük"

Azərbaycan millisinin futzalçısı: "Ancaq qələbə haqqında düşünürük"

Fərdi
Azərbaycan cüdoçusu: "Avropa çempionu olacağıma inanırdım"

Azərbaycan cüdoçusu: "Avropa çempionu olacağıma inanırdım"

Fərdi
Nazir Bakının kənd və qəsəbələrində bir sıra idman mərkəzlərinə baxış keçirib

Nazir Bakının kənd və qəsəbələrində bir sıra idman mərkəzlərinə baxış keçirib

Fərdi
Avropa çempionatı: Turan Bayramov finala yüksəlib, digər 3-ü uduzub

Avropa çempionatı: Turan Bayramov finala yüksəlib, digər 3-ü uduzub

Fərdi
Bakıda keçiriləcək beynəlxalq turniri 16 ölkənin telekanalı yayımlayacaq

Bakıda keçiriləcək beynəlxalq turniri 16 ölkənin telekanalı yayımlayacaq

Fərdi
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının illik hesabat konfransı keçirilib

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının illik hesabat konfransı keçirilib

Fərdi
Avropa Kuboku: Azərbaycan cüdoçuları ilk gündə 6 medal qazanıb

Avropa Kuboku: Azərbaycan cüdoçuları ilk gündə 6 medal qazanıb

Fərdi
Rafiq Hüseynov: "İkinci dəfə dünya çempionu ola bilərəm"

Rafiq Hüseynov: "İkinci dəfə dünya çempionu ola bilərəm"