Azərbaycan millisi pley-offa yüksəldi

Azərbaycan millisi pley-offa yüksəldi

Azərbaycanın 23 yaşadək futbolçulardan ibarət minifutbol millisi Xorvatiyada keçirilən dünya çempionatında növbəti oyununa çıxıb.

Apasport.az xəbər verir ki, komandamız Slovakiya seçməsi ilə üz-üzə gəlib.

Görüş təmsilçilərimizin qələbəsi ilə nəticələnib. Komandamız 3:2 hesablı qalibiyyətlə pley-offa yüksəlib.

Qeyd edək ki, Azərbaycan millisi daha öncə Birləşmiş Ərəb Əmirlikləri və Çexiyanı 4:2 hesabı ilə məğlub edib, Rumıniya ilə isə 3:3 hesablı bərabərliyə nail olub.