“Fənərbaxça”nı darmadağın etdilər – Klub tarixində ilk

“Fənərbaxça”nı darmadağın etdilər – Klub tarixində ilk

İngiltərənin “Aston Villa” klubu avrokuboklarda tarixinin ən böyükhesablı qələbəsinə imza atıb.

QELEBE.AZ xəbər verir ki, Birmingem təmsilçisi UEFA Çempionlar Liqasının liqa mərhələsinin II turunda Türkiyənin “Fənərbaxça” klubunu 6:0 hesabı ilə məğlub edib.

Bununla da “Aston Villa” avrokuboklarda əvvəlki rekordunu geridə qoyub.

İngiltərə təmsilçisinin bu turnirlərdə indiyədək ən böyükhesablı qələbəsi 5:0 nəticəsi ilə başa çatmışdı.

Ada təmsilçisi 1981-ci ildə İslandiyanın “Valur”, 1983-cü ildə Portuqaliyanın “Vitoriya Gimarayeş”, 2023-cü ildə isə Şotlandiyanın “Hibernian” komandalarını beş cavabsız qolla məğlub etmişdi.

Qeyd edək ki, “Aston Villa” 1977-ci ildə UEFA Kubokunda da “Fənərbaxça” üzərində 4:0 hesablı qələbə qazanıb.