Azərbaycan Peşəkar Boks Federasiyasında yeni dövr başlayır – rəhbərlik yenilənib
Azərbaycan Peşəkar Boks Federasiyasında struktur dəyişikliyi baş verib.
Apasport.az xəbər verir ki, qurumun prezidenti vəzifəsinə Vüsal Nəsirli, vitse-prezident vəzifələrinə isə Tural Mailov və İlkin Ağayev seçiliblər.
Vüsal Nəsirli Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri, Tural Mailov isə sədr müavinidir. İlkin Ağayev isə Azərbaycanın Əməkdar məşqçisi və tanınmış boks mütəxəssisidir.
Qeyd edək ki, yeni rəhbərliyin əsas məqsədi federasiyanın fəaliyyətini bərpa etmək, ölkədə peşəkar boksun inkişafına təkan vermək və beynəlxalq əməkdaşlığı genişləndirməkdir. Həmçinin Azərbaycanda beynəlxalq səviyyəli turnirlərin təşkili, gənc istedadların dəstəklənməsi və yerli boksçuların beynəlxalq arenada təmsilçiliyinin artırılması planlaşdırılır.

https://qelebe.az//uploads/photo/azerbaycan-peshekar-boks-federasiyasinda-yeni-dovr-bashlayir-rehberlik-yenilenib.webp