“Samsunspor” baş məşqçisi ilə yollarını ayırdı – RƏSMİ

“Samsunspor” baş məşqçisi ilə yollarını ayırdı – RƏSMİ

Türkiyənin “Samsunspor” klubu baş məşqçisi Torsten Finklə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klub rəhbərliyi almaniyalı mütəxəssisə göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Fink 2025/26 mövsümünün ikinci yarısından “Samsunspor”u çalışdırıb. 

Onun rəhbərliyi altında komanda UEFA Konfrans Liqasında 1/8 final mərhələsinə qədər irəliləyib.