AFFA UEFA-nın qərarına qarşı çıxdı – 54 ölkə razılaşdı
UEFA-nın Berlində keçirilən toplantısında FIFA-da köklü islahatların aparılması və rəhbər dəyişikliyi məsələsi müzakirə olunub.
QELEBE.AZ xəbər verir ki, UEFA-ya üzv 55 milli assosiasiyadan 54-ü FIFA-nın hazırkı rəhbərliyinə etimadını itirdiyini açıqlayıb.
Razılaşmaya qoşulmayan yeganə qurum AFFA olub.
Toplantıda FIFA-nın idarəetmə sisteminin yenilənməsi, maliyyə şəffaflığının artırılması və milli assosiasiyalara əlavə 10 milyon dollar dəstək ayrılması təklif edilib.
Bundan başqa, bütün 55 assosiasiya UEFA prezidenti Aleksandr Çeferinin yenidən namizədliyini irəli sürməsini dəstəkləyib. Sloveniyalı funksioner təklifi qəbul edərək 2027-ci il aprelin 22-də Astanada keçiriləcək Konqresdə namizəd olacağını təsdiqləyib.
Qeyd edək ki, FIFA-nın hazırkı prezidenti Canni İnfantinodur.

https://qelebe.az//uploads/photo/affa-uefa-nin-qerarina-qarshi-chixdi-54-olke-razilashdi.webp