Arda Güler “Real”da ayın ən yaxşısı seçildi
İspaniyanın “Real” klubunda sentyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu ada Türkiyə millisinin üzvü Arda Güler layiq görülüb.
Madrid təmsilçisinin mətbuat xidməti 21 yaşlı hücumameyilli yarımmüdafiəçinin azarkeşlərin səsverməsi nəticəsində ayın ən yaxşı oyunçusu seçildiyini açıqlayıb. Türkiyəli futbolçuya müvafiq mükafat təqdim olunub.
Qeyd edək ki, Arda Güler sentyabr ayında “Real”ın heyətində bütün turnirlər üzrə 4 rəsmi matçda meydana çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

https://qelebe.az//uploads/photo/arda-guler-realda-ayin-en-yaxshisi-sechildi.webp