TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
Türkiyə Futbol Federasiyasının (TFF) İdarə Heyəti sabah mühüm iclas keçirəcək.
QELEBE.AZ xəbər verir ki, toplantı oktyabrın 9-da federasiyanın Rivadakı bazasında təşkil olunacaq.
İclas yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə 15:00-da) başlayacaq.
Hazırda Berlində olan TFF prezidenti İbrahim Hacıosmanoğlu da sabah Türkiyəyə qayıdacaq.
İclasda TFF-də növbədənkənar seçkinin keçirilməsi və Türkiyə millisinin UEFA Millətlər Liqasında ardıcıl 4 məğlubiyyətindən sonra baş məşqçi Vinçentso Montellanın gələcəyi müzakirə olunacaq.

https://qelebe.az//uploads/photo/tff-de-kritik-iclasin-vaxti-belli-oldu-haciosmanoglu-berlin-seferinden-qayidir.webp