Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı

Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı

“Napoli” və Şotlandiya millisinin yarımmüdafiəçisi Skott MakTominey ürəyindən keçirdiyi əməliyyatdan sonra məşqlərə qayıdıb.

QELEBE.AZ xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ötən ay Mançesterdə ürək ritminin pozulmasını aradan qaldırmaq üçün əməliyyat keçirən yarımmüdafiəçinin sağlamlıq vəziyyəti yaxşılaşıb.

29 yaşlı futbolçu komanda ilə ümumi məşqlərə başlayıb.

Qeyd edək ki, MakTomineydə ürək ritminin pozulması avqustda “Komo” ilə keçirilən oyundan sonra aşkarlanıb.