Elcan Hacıyev dünya çempionatında 1/8 finalda dayandı - YENİLƏNİB
Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan təmsilçisi Elcan Hacıyev mübarizəni dayandırıb.
QELEBE.AZ xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz 1/8 finalda Fransa təmsilçisi Maksim-Qel Naqayap Hambu ilə qarşılaşıb.
Rəqibinə məğlub olan Hacıyev mundialla vidalaşıb.
Qeyd edək ki, təmsilçimiz əvvəlki mərhələlərdə ABŞ cüdoçusu Aleksander Knauf və kanadalı Kiqan Yanqı məğlub etmişdi.
Xatırladaq ki, Azərbaycan millisi dünya çempionatında indiyədək 4 medal qazanıb. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) isə bürünc medala sahib çıxıblar.
Milli Gimnastika Arenasında keçirilən mundial oktyabrın 11-də başa çatacaq.

https://qelebe.az//uploads/photo/elcan-haciyev-dunya-chempionatinda-18-finalda-dayandi-yenilenib.webp