Dünya çempionatı: Südabə Ağayeva mübarizəni dayandırdı

Dünya çempionatı: Südabə Ağayeva mübarizəni dayandırdı

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan təmsilçisi Südabə Ağayeva mübarizəni dayandırıb.

Apasport.az xəbər verir ki, 70 kq çəki dərəcəsində çıxış edən idmançımız 1/32 finalda İspaniya təmsilçisi Ai Tsunoda Roustantla qarşılaşıb.

Rəqibinə məğlub olan Ağayeva mundialla vidalaşıb.

Qeyd edək ki, Azərbaycan cüdoçuları dünya çempionatında indiyədək 4 medal qazanıblar. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) isə bürünc medala sahib çıxıblar.

Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq.