Süleyman Şükürov dünya çempionatı ilə vidalaşdı - YENİLƏNİB

Süleyman Şükürov dünya çempionatı ilə vidalaşdı - YENİLƏNİB

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan təmsilçisi Süleyman Şükürov mübarizəni dayandırıb.

QELEBE.AZ xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz 1/16 finalda yaponiyalı Qoki Tayima ilə qarşılaşıb.

Rəqibinə məğlub olan Şükürov mundialla vidalaşıb.

Qeyd edək ki, təmsilçimiz ilk görüşündə norveçli Kornelius Eylertseni məğlub etmişdi.

Xatırladaq ki, Azərbaycan millisi dünya çempionatında indiyədək 4 medal qazanıb. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) isə bürünc medala sahib çıxıblar.

Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq.