Dünya çempionatı: Elcan Hacıyev 1/8 finalda - YENİLƏNİR
Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan təmsilçisi Elcan Hacıyev 1/8 finala yüksəlib.
Apasport.az xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz 1/16 finalda kanadalı Kiqan Yanqla qarşılaşıb.
Rəqibini məğlub edən Hacıyev növbəti mərhələyə vəsiqə qazanıb. O, 1/8 finalda Fransa təmsilçisi Maksim-Qel Naqayap Hambu ilə üz-üzə gələcək.
Qeyd edək ki, Elcan Hacıyev ilk görüşündə ABŞ cüdoçusu Aleksander Knaufu məğlub edib.
Xatırladaq ki, Azərbaycan millisi dünya çempionatında indiyədək 4 medal qazanıb. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) isə bürünc medala sahib çıxıblar.
Milli Gimnastika Arenasında keçirilən mundial oktyabrın 11-də başa çatacaq.

https://qelebe.az//uploads/photo/dunya-chempionati-elcan-haciyev-18-finalda-yenilenir.webp