Azərbaycan millisi FIFA reytinqində gerilədi – Türkiyə də 4 pillə itirdi
FIFA milli komandaların dünya reytinqinin oktyabr ayı üçün yenilənmiş siyahısını açıqlayıb.
Apasport.az xəbər verir ki, Azərbaycan millisi bir pillə geriləyərək 127-ci sıraya düşüb. Ayxan Abbasovun rəhbərlik etdiyi yığmanın hesabında 1138,96 xal var. Komandamız əvvəlki reytinqdə 126-cı yerdə qərarlaşmışdı.
Azərbaycan millisi son 4 qarşılaşmada məğlub olmayıb. Yığmamız yoldaşlıq görüşündə Tacikistanı (1:0), UEFA Millətlər Liqasında isə Litvanı (1:0) məğlub edib. Komandamız Litva ilə səfərdə 1:1, Lixtenşteynlə Bakıda isə 0:0 hesablı heç-heçə edib.
Türkiyə millisinin də mövqeyi pisləşib. Qardaş ölkə təmsilçisi 4 pillə geriləyərək 1563,54 xalla 27-ci yerdən 31-ci sıraya düşüb.
Reytinqə 2011,57 xalla İspaniya başçılıq edir. Argentina ikinci, Fransa isə üçüncü yerdədir.
FIFA reytinqində ilk 10-luq belədir:
| Yer | Milli komanda | Xal |
|---|---|---|
| 1 | İspaniya | 2011,57 |
| 2 | Argentina | 1972,80 |
| 3 | Fransa | 1958,86 |
| 4 | İngiltərə | 1925,59 |
| 5 | Portuqaliya | 1807,69 |
| 6 | Braziliya | 1806,51 |
| 7 | Mərakeş | 1805,34 |
| 8 | Belçika | 1779,17 |
| 9 | Niderland | 1778,61 |
| 10 | Meksika | 1738,48 |

https://qelebe.az//uploads/photo/azerbaycan-millisi-fifa-reytinqinde-geriledi-turkiye-de-4-pille-itirdi.webp