Yığmamız “Antalyaspor”la üz-üzə gələcək
Qadınlardan ibarət Azərbaycan milli komandası Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirir.
QELEBE.AZ xəbər verir ki, oktyabrın 5-dən 13-dək davam edəcək hazırlıq prosesi çərçivəsində millimiz yoxlama görüşü keçirəcək.
Azərbaycan yığması oktyabrın 9-da “Antalyaspor”un qadın komandası ilə qarşılaşacaq.
“Titanic Deluxe Belek Football Center”də keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

https://qelebe.az//uploads/photo/yigmamiz-antalyasporla-uz-uze-gelecek.webp