DÇ: Vüsal Qələndərzadə mundialla vidalaşdı - YENİLƏNİB
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir.
QELEBE.AZ xəbər verir ki, kişilərin 81 kq çəki dərəcəsində mübarizə aparan Vüsal Qələndərzadə yarışa 1/32 finaldan başlayıb.
O, ilk görüşündə Bolqarıstan təmsilçisi Hristo Valkovla üz-üzə gəlib. Rəqibinə qalib gələn cüdoçumuz 1/16 finala yüksəlib.
Qələndərzadə bu mərhələdə estoniyalı Saad Dikayevlə qarşılaşıb. Rəqibinə ipponla qalib gələn idmançımız adını 1/8 finala yazdırıb.
Azərbaycan cüdoçusu 1/8 finalda qazaxıstanlı Abilayxan Zubanazara məğlub olaraq dünya çempionatında mübarizəni dayandırıb.

https://qelebe.az//uploads/photo/dch-vusal-qelenderzade-mundialla-vidalashdi-yenilenib.webp