Seneqallı hücumçu "Səbail"də
“Səbail” heyətini yeni futbolçu ilə gücləndirib.
QELEBE.AZ xəbər verir ki, paytaxt təmsilçisi Mboup Babakarı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb. Sözləşmədə müddətin daha 1 il uzadılması nəzərdə tutulub.
Qeyd edək ki, Mboup Babakarın son klubu Serbiyanın “Radniçki” komandası olub.

https://qelebe.az//uploads/photo/seneqalli-hucumchu-quotsebailquotde.webp