Cüdoçumuz dünya çempionatında mübarizəni dayandırıb
Azərbaycan cüdoçusu Hanna Zaytseva Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.
QELEBE.AZ xəbər verir ki, 63 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində Macarıstan təmsilçisi Anna Kriza ilə üz-üzə gəlib.
Rəqibinə məğlub olan Zaytseva mundialla vidalaşıb.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı oktyabrın 11-də başa çatacaq. Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) isə bürünc medal qazanıb.

https://qelebe.az//uploads/photo/cudochumuz-dunya-chempionatinda-mubarizeni-dayandirib.webp