“Tottenhem” yetirməsini geri qaytarmaq istəyir

“Tottenhem” yetirməsini geri qaytarmaq istəyir

“Betis”in hücumçusu Troy Perrott karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az xəbər verir ki, “Tottenhem” 24 yaşlı futbolçunu transfer etmək istəyir.

Bu barədə “The Guardian” nəşri məlumat yayıb.

“Betis” isə hücumçunun müqaviləsindəki 100 milyon avroluq sərbəstqalma maddəsinin ödənilməsini tələb edir.

Qeyd edək ki, Perrott “Tottenhem”in yetirməsidir. Forvard bu mövsüm bütün turnirlərdə 7 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun Sevilya təmsilçisi ilə sözləşməsi 2031-ci ilə qədər qüvvədədir.