Millətlər Liqasında IV tura yekun vurulub
UEFA Millətlər Liqasında bu gün IV turun son oyunları keçirilib.
Apasport.az xəbər verir ki, oktyabrın 6-da turnir çərçivəsində ümumilikdə 10 qarşılaşma baş tutub.
A Liqasında iki görüş keçirilib. Xorvatiya son dünya çempionu İspaniyanı qəbul edib. İngiltərə isə öz meydanında Çexiya ilə üz-üzə gəlib.
B Liqasında Şotlandiya Sloveniya ilə, İsveçrə isə Şimali Makedoniya ilə qarşılaşıb.
UEFA Millətlər Liqası
IV tur
6 oktyabr
18:00. Qazaxıstan – Farer adaları 2:2
22:45. Xorvatiya – İspaniya 1:2
22:45. İngiltərə – Çexiya 3:0
22:45. Şotlandiya – Sloveniya 1:2
22:45. İsveçrə – Şimali Makedoniya 3:0
22:45. Albaniya – San-Marino 2:1
22:45. Belarus – Finlandiya 1:0
22:45. Moldova – Slovakiya 0:4
22:45. Estoniya – İslandiya 0:0
22:45. Lüksemburq – Bolqarıstan 0:2

https://qelebe.az//uploads/photo/milletler-liqasinda-iv-tura-yekun-vurulub.webp











