AÇ: Azərbaycan yığması tarix yazdı - YENİLƏNİB
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu bu gün keçirib.
Apasport.az xəbər verir ki, Rəşad Eyubovun rəhbərlik etdiyi kollektiv öz meydanında Cəbəllütariqin müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gəlib.
Qarşılaşma "Bank Respublika Arena"da, saat 17:45-də start götürüb. Komandamız 3:0 hesablı qələbəyə sevinib.
Bununla da, təmsilçilərimiz tarixdə ilk dəfə seçmə mərhələdə 10 xal toplayıb. Bunadək rekord 9 xal idi.
AÇ-nin seçmə mərhələsi
X tur
Azərbaycan - Cəbəllütariq 3:0
Qollar: N. Əhmədzadə, 8, A. Salyanskiy, 43, 51

https://qelebe.az//uploads/photo/ach-azerbaycan-yigmasi-tarix-yazdi-yenilenib.webp