Nilufər Ağazadə: “Əsas məqsədimiz...”
“Turаn”ın voleybolçusu Nilufər Ağazadə komandanın Çempionlar Liqasına hazırlığı barədə fikirlərini bölüşüb.
QELEBE.AZ xəbər verir ki, o, ilk dəfə iştirak etdikləri turnirdə uğurlu çıxış etmək istədiklərini söyləyib:
“İlk dəfə Çempionlar Liqasında iştirak etsək də, ən yüksək yerləri tutmağı arzulayırıq. Təlim-məşq toplanışlarımız yaxşı keçdi. Bir neçə ölkədə olduq və hər birində yoxlama oyunları keçirdik.
Əsas məqsədimiz Çempionlar Liqasındakı oyuna tam hazır olmaqdır. Hədəfimiz mərhələni keçmək olacaq”.

https://qelebe.az//uploads/photo/nilufer-agazade-esas-meqsedimiz.webp